
Zərdabda media savadlılığı ilə bağlı təlim keçirilib

Azərbaycan milli mətbuatının 150 illik yubileyi ilə əlaqədar olaraq, Medianın İnkişafı Agentliyi (MEDİA) və Regional İnkişaf İctimai Birliyi (RİİB) könüllülər üçün Zərdab şəhərinə səfər təşkil etdi. Bu səfərin əsas məqsədi Azərbaycan milli mətbuatının banisi, görkəmli maarifçi və publisist olan Həsən bəy Zərdabinin irsini daha yaxından tanıtmaq idi. Təşkilatçılar onun milli jurnalistikanın formalaşmasında oynadığı rolu gənclərə çatdırmağı və maarifçilik ideyalarını könüllülər arasında təbliğ etməyi hədəfləyirdilər.
Səfər çərçivəsində könüllülər Həsən bəy Zərdabinin ev muzeyini ziyarət etdilər. Muzeyin ekspozisiyası, Zərdabinin həyatı və fəaliyyəti, eləcə də Azərbaycan mətbuatı tarixinə verdiyi töhfələr barədə iştirakçılara ətraflı məlumat verildi. Bildirilib ki, Həsən bəy Zərdabinin ev muzeyi maarifçilik ənənələrinin yaşatılması, milli mətbuat tarixinin gələcək nəsillərə çatdırılması və Zərdabinin ideyalarının təbliği baxımından mühüm mədəni irs ocağıdır.
Səfər proqramına teleaparıcı Mümtaz Xəlilzadə tərəfindən aparılan təlim də daxil idi. Təlim "Müasir dövrdə media savadlılığı və effektiv kommunikasiyada nitq mədəniyyətinin əhəmiyyəti" mövzusunu əhatə edirdi. İştirakçılar rəqəmsal informasiya mühitində media savadlılığının rolunu öyrəndilər. Kommunikasiya bacarıqlarının şəxsi və peşəkar inkişafda nə dərəcədə vacib olduğu müzakirə edildi. Həmçinin, nitq mədəniyyətinin media nümayəndələrinin peşəkar imicinə təsirindən bəhs olundu, bu bacarığın peşəkar inkişaf üçün əhəmiyyəti vurğulandı.
Xaricdə təhsil imkanları və beynəlxalq proqramlar haqqında yazıram. Özüm Almaniyada magistratura oxumuşam.
Bütün məqalələrə baxınOxşar xəbərlər

Bakıda “Media savadlılığı” konfransı keçirildi - F...
Bugun.az

Media savadlı olmaq hamı üçün vacibdir - Ramil Mir...
Bugun.az

“Təhsilalanların maliyyə savadlılığının artırılmas...
Edumap.az Təhsil Portalı

Dezinformasiyaya qarşı mübarizədə jurnalistikanın...
Bugun.az

Azərbaycan milli mətbuatının 150 illik yubileyi il...
Azəri Xəbər

“14 həftə – təlim nəticələri zəif olan təhsilalanl...
Edumap.az Təhsil Portalı



