Yevlaxda baş verən yanğında ölü sayı artıb

06.12.2025 20:16 7 baxış sayı 1 dəq. oxuma Report
Yevlaxda baş verən yanğında ölü sayı artıb

Yevlaxda dekabrın 5-də fərdi yaşayış mənzilində baş verən yanğın nəticəsində həyatını itirənlərin sayı artıb. Hadisə zamanı ağır xəsarət alan şəxslərdən biri, 1967-ci il təvəllüdlü Kamran Mehdiyev müalicə olunduğu xəstəxanada dünyasını dəyişib. Həkimlərin göstərdiyi tibbi yardımlara baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Beləliklə, bu faciədə həlak olanların sayı iki nəfərə çatıb.


Qeyd edək ki, yanğın baş verən gün 1942-ci il təvəllüdlü N. Mikayılova hadisə yerində ölmüşdü. K. Mehdiyev və 1965-ci il təvəllüdlü Y. Vahabova isə müxtəlif dərəcəli xəsarətlər almışdı. Artıq xəstəxanada müalicə alan yaralılardan biri vəfat edib. Faktla bağlı müvafiq araşdırma aparılır.


O
Regional siyasət müxbiri

Yerli özünüidarə və regional siyasət haqqında yazıram. Bakıdan kənarda da nələr olduğunu bilmək vacibdir.

Bütün məqalələrə baxın
Paylaş: