Xocavəndə növbəti köç karvanı yola salınıb

28.10.2025 03:25 6 baxış sayı 1 dəq. oxuma Trend
Xocavəndə növbəti köç karvanı yola salınıb

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə "Böyük Qayıdış" proqramı davam edir. Növbəti köç karvanı Xocavənd rayonuna yola salınıb.


Bu köç çərçivəsində cəmi 30 ailə - 113 nəfər doğma yurduna qayıdıb. Onlardan 20 ailə (71 nəfər) Xocavənd rayonunun Qırmızı bazar qəsəbəsinə, 10 ailə (42 nəfər) isə Sos kəndinə yerləşdirilib. Qayıdan sakinlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmışdılar.


Doğma yurda qayıdan sakinlər onlara göstərilən hərtərəfli dövlət qayğısına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür etdilər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna minnətdarlıqlarını bildirdilər. Sakinlər qəhrəman əsgər və zabitlərimizə minnətdar olduqlarını, bu yolda canlarından keçən şəhidlərə isə rəhmət dilədiklərini söylədilər.


O
Regional siyasət müxbiri

Yerli özünüidarə və regional siyasət haqqında yazıram. Bakıdan kənarda da nələr olduğunu bilmək vacibdir.

Bütün məqalələrə baxın
Paylaş: