"Xiaomi" son 5 ayda Azərbaycanın mobil cihaz bazarındakı payının 32 %-ni itirib

03.11.2025 07:57 5 baxış sayı 2 dəq. oxuma Report
"Xiaomi" son 5 ayda Azərbaycanın mobil cihaz bazarındakı payının 32 %-ni itirib

Azərbaycanın mobil cihazlar bazarında son beş ay ərzində ciddi dəyişikliklər yaşanıb. Xüsusilə "Xiaomi" şirkətinin bazar payı ardıcıl olaraq beşinci aydır ki, azalmağa davam edir. Şirkət bu müddət ərzində bazar payının ümumi 32%-ni itirib. "Statcounter" agentliyinin son məlumatlarına görə, oktyabr ayında "Xiaomi"nin payı 17,87% təşkil edib. Bu göstərici sentyabr ayına nisbətən 1,57 faiz bəndi, bir il əvvəlki göstəriciyə nisbətən isə 10,04 faiz bəndi azalıb.


Bazarın liderlik mövqeyində maraqlı bir vəziyyət yaranıb: oktyabr ayında adları açıqlanmayan brendlərin payı 25,71% olaraq qeydə alınıb. Bu, bazarda ən böyük paydır. Həmin brendlər sentyabr ayına müqayisədə 2,78 faiz bəndi, ötən ilin eyni ayı ilə müqayisədə isə 15,48 faiz bəndi artım göstərib. İkinci yerdə isə "Samsung" qərarlaşıb. Onun bazar payı 24,55% təşkil edib. Lakin "Samsung"un da payı azalıb. Şirkətin payı aylıq müqayisədə 1,92 faiz bəndi, illik müqayisədə isə 9 faiz bəndi geriləyib.


Üçüncü pillədə yerləşən "Apple" isə rəqiblərindən fərqli olaraq payını artırmağı bacarıb. "Apple"ın bazar payı 21,2% olub. Şirkətin payı aylıq müqayisədə 1,17 faiz bəndi, illik müqayisədə isə 4,83 faiz bəndi artıb. "Xiaomi"nin dördüncü pillədə qərarlaşması və payının əhəmiyyətli dərəcədə itməsi, eyni zamanda naməlum brendlərin bazarın ən böyük hissəsini tutması Azərbaycan mobil cihaz bazarındakı rəqabət dinamikasının kəskin şəkildə dəyişdiyini göstərir.


S
İqtisadi analitik

İqtisadiyyat sahəsində 10 ildir analitik işləyirəm. Maliyyə bazarları və investisiya mövzuları mənim ixtisasımdır. BSU-nun İqtisadiyyat fakültəsini bi...

Bütün məqalələrə baxın
Paylaş: