UEFA Gənclər Liqası: "Napoli" - "Qarabağ" oyunu bərpa olundu

25.11.2025 15:55 17 baxış sayı 1 dəq. oxuma Trend
UEFA Gənclər Liqası: "Napoli" - "Qarabağ" oyunu bərpa olundu

UEFA Gənclər Liqasının əsas mərhələsində keçirilən V tur oyunu bərpa edilib. Meydanda "Napoli" və "Qarabağ"ın U-19 komandaları üz-üzə gəlirdi. Ağdam klubu yaydığı məlumatda bildirib ki, fasilədən sonra oyun artıq davam edir.


Qarşılaşma güclü yağış səbəbindən dayandırılmışdı. Məlumata görə, matçda fasilə 61-ci dəqiqədə baş vermişdi. Hava şəraiti düzəldikdən sonra Gənclər Liqası çərçivəsində mübarizə yenidən başladılıb.


Xatırladaq ki, bu gün "Napoli" və "Qarabağ"ın əsas komandaları da mühüm oyuna çıxacaq. Onlar Çempionlar Liqasının liqa mərhələsində qarşılaşacaqlar. Əsas komandaların görüşü Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.


N
Olimpiya idmanları müxbiri

Olimpiya idman növləri və idmançıların hekayələrini danışmağı xoşlayıram. Qadın idmanının inkişafı mənim ürəyimə yaxın mövzudur.

Bütün məqalələrə baxın
Paylaş: