Türk Dövlətləri Təşkilatı mühüm geosiyasi təsir mərkəzinə çevrilir - Nazir müavini

03.12.2025 07:06 8 baxış sayı 2 dəq. oxuma Trend
Türk Dövlətləri Təşkilatı mühüm geosiyasi təsir mərkəzinə çevrilir - Nazir müavini

Türk Dövlətləri Təşkilatı (TDT) təkcə əməkdaşlıq məkanı deyil, həm də mühüm geosiyasi təsir mərkəzinə çevrilir. Azərbaycan Respublikasının Ekologiya və təbii sərvətlər nazirinin birinci müavini Rəşad İsmayılov bu fikirləri TDT-yə üzv ölkələrin xəritəçilik qurumları rəhbərlərinin ikinci iclasında çıxışı zamanı səsləndirib.


O qeyd edib ki, Təşkilatın beynəlxalq nüfuzunun artması sevindirici haldır. Artıq ortaq tariximiz, etnik bağlarımız və milli-mənəvi dəyərlərimiz bizi böyük bir ailə kimi birləşdirir. Bu inkişafın bariz nümunəsi kimi, nazir müavini oktyabrın əvvəlində Azərbaycanın qədim şəhəri olan Qəbələdə keçirilmiş Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci zirvə görüşünü göstərib.


Həmin zirvə görüşü çərçivəsində ölkələr arasında əməkdaşlığın dərinləşdirilməsi barədə mühüm qərar qəbul edilib. Bu qərarlar bugünkü iclas üçün də möhkəm zəmin yaratdı. Rəşad İsmayılov vurğulayıb ki, TDT çərçivəsində digər sahələr üzrə platformalarda da əməkdaşlıq genişlənir, müntəzəm və intensiv görüşlər təşkil olunur. Bu il həm Azərbaycanda, həm də digər dost və qardaş ölkələrdə fərqli mövzular üzrə uğurlu tədbirlər və qərarlar qəbul edilib. Xəritəçilik və geodeziya qurumlarını bir araya gətirən indiki görüş regional səviyyədə vahid standartların tətbiqi üçün imkanlar yaradır. Bu, həmçinin informasiya mübadiləsinin gücləndirilməsinə və ortaq tematik xəritələşmə təşəbbüslərinin genişləndirilməsinə yardım edir. Azərbaycan olaraq biz xəritəçilik, geodeziya və GIS sahələrində əməkdaşlığın inkişaf etdirilməsinə böyük önəm veririk, çünki ölkəmiz bu sahədə uzun və zəngin inkişaf yolu keçmişdir.


V
Seçki və sorğu analitiki

Seçki prosesləri və seçici davranışı haqqında yazıram. Sosiologiya təhsili almışam, sorğular və statistika ilə işləməyi xoşlayıram.

Bütün məqalələrə baxın
Paylaş: