TDT ölkələrinin diaspor qurumlarının rəsmiləri üçün II “INTERNSHIP” proqramı başa çatıb (FOTO)

20.10.2025 14:05 7 baxış sayı 3 dəq. oxuma Trend
TDT ölkələrinin diaspor qurumlarının rəsmiləri üçün II “INTERNSHIP” proqramı başa çatıb (FOTO)

Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi ölkələrin diaspor qurumlarının rəsmiləri üçün nəzərdə tutulan II “INTERNSHIP” (təcrübə) proqramı yekunlaşıb. Proqram iştirakçıları əsas fəaliyyətlər çərçivəsində Bakıda Diasporla İş üzrə Dövlət Komitəsində (DİDK) olublar. Qonaqlar Komitənin işləmə mexanizmi, strukturu və həyata keçirilən layihələr barədə bilgiləndiriliblər. Komitənin şöbələrinin məsul əməkdaşları hazırladıqları təqdimatlarla iş prosesinin detallarını nümayəndələrə ətraflı izah ediblər. Proqram DİDK-nın diaspor siyasətindəki rolunu və struktur fəaliyyətlərini göstərməyi hədəfləyirdi.


Rəsmilər Komitədəki görüş zamanı Diaspor TV-nin studiyası ilə də yaxından tanış olublar. Onlara televiziyanın fəaliyyəti, yayımlanan proqramlar və medianın diaspor siyasətindəki rolu haqqında məlumat verilib. İştirakçılar öz təəssüratlarını bölüşmək üçün Diaspor TV-yə müsahibələr veriblər. Mədəni və tarixi tədbirlər çərçivəsində qonaqlar Heydər Əliyev Mərkəzində Ulu Öndərin həyatı və fəaliyyəti haqqında geniş məlumat alıblar, müvafiq eksponatları görüblər. Daha sonra rəsmilər Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinə baş çəkib, icraçı direktorla görüşüblər. Bu görüşdə onlara Azərbaycanın çoxmədəniyyətli dəyərləri və ölkənin multikulturalizm siyasəti barədə məlumat verilib.


Təcrübə proqramında iştirak edən rəsmilər həm də Azərbaycanın milli mədəniyyəti və tarixi ilə tanış olublar. Onlar Xalça Muzeyini və Qobustan Milli Parkını ziyarət edərək milli sənət nümunələri və qədim tarixi əks etdirən abidələrlə tanışlıq səfərlərini tamamlayıblar. Proqramda iştirak edən şəxslər Qazaxıstan Respublikasının “Otandastar” Fondunun vitse-prezidenti Alibek Jurkadam, Özbəkistan Respublikasının Millətlərarası Münasibətlər və Xaricdəki Soydaşlar məsələləri Komitəsinin nümayəndəsi Sardor Maxamadiyev, Şimali Kipr Türk Respublikasının Xarici İşlər Nazirliyinin Birinci katibi Dilşad Şenol, Türkiyə Respublikasının Xaricdə yaşayan Türklər və Əqraba İcmaları İdarəsinin nümayəndəsi Ömer Seyithanoğlu və Macarıstanın Xaricdəki Macar İcmalarının Tədqiqat İnstitutunun tədqiqatçısı Daniel Gazsod olublar.


R
Oyun və VR/AR müxbiri

Oyun sənayesi və virtual reallıq texnologiyaları haqqında yazıram. Gaming mədəniyyətinin Azərbaycanda inkişafını izləmək maraq doğurur.

Bütün məqalələrə baxın
Paylaş: