Tarixi filmlərin çəkilməsi üçün xüsusi pavilyonlar yaradılacaq

12.11.2025 09:05 3 baxış sayı 1 dəq. oxuma Trend
Tarixi filmlərin çəkilməsi üçün xüsusi pavilyonlar yaradılacaq

Mədəniyyət Nazirliyi tarixi filmlərin istehsalını prioritet sahə kimi müəyyən edib. Bu istiqamətdə kinostudiyada xüsusi pavilyonların yaradılması planlaşdırılır. Mədəniyyət nazirinin müavini Fərid Cəfərov bu barədə Milli Məclisin komitələrinin birgə iclasında məlumat verib.


Nazir müavini açıqlamasını Gənclər və idman, İctimai birliklər və dini qurumlar, Mədəniyyət komitələrinin “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı səsləndirib. O bildirdi ki, bu məqsədlə artıq Türkiyənin təcrübəsi araşdırılıb.


F. Cəfərovun sözlərinə görə, bir neçə gün əvvəl Azərbaycan Respublikasının Kino Agentliyinin rəhbərliyi tarixi filmlərin çəkildiyi bir sıra Türkiyə pavilyonlarını şəxsən ziyarət edib. Bu ziyarət pavilyonların yaradılması işində əyani şəkildə tanışlıq üçün mühüm addımdır.


A
Kibertəhlükəsizlik analitiki

Kibertəhlükəsizlik mövzusunda yazıram. Bəzən mürəkkəb texniki məsələləri sadə dillə izah etmək çətin olur, amma bu da peşənin bir hissəsi.

Bütün məqalələrə baxın
Paylaş: