
TAP son beş ildə Avropanın enerji təhlükəsizliyinin möhkəmləndirilməsində həlledici rol oynayıb - Avropa Komissiyası (ÖZƏL)

Trans-Adriatik Boru Kəməri (TAP) son beş ildə Avropanın enerji təhlükəsizliyinin möhkəmləndirilməsində böyük rol oynayıb. Avropa Komissiyasının nümayəndəsi bu barədə TAP-ın kommersiya istismarının başlamasının beşinci ildönümü münasibətilə danışıb.
Kəmər Avropa İttifaqının enerji təchizatını əhəmiyyətli dərəcədə şaxələndirdi. O, Azərbaycan qazının Avropa bazarlarına çatdırılması üçün yeni strateji marşrut təqdim etdi, beləliklə, siyasi və iqtisadi risklərə məruz qalan ənənəvi yollardan asılılıq azaldı. TAP vasitəsilə təbii qaz tədarükünün etibarlılığı Avropanın enerji bazarının sabitliyini və rəqabətə davamlılığını artırdı. Avropa Komissiyasının nümayəndəsi bildirib ki, bu, xüsusilə Rusiya tədarüklərindən asılılıqla bağlı enerji sahəsində yaşanan çətinliklər dövrlərində çox vacib idi.
Avropa İttifaqı enerji mənbələrini şaxələndirmək və 2027-ci ilə qədər Rusiyadan olan fossil yanacaqlardan imtina kursuna sadiq qalır. Hazırda müzakirə edilən “REPowerEU” Yol Xəritəsi barədə Qayda qeyri-rus tədarükçülər üçün əlavə bazar imkanları yaradır. Bu çərçivədə, Cənub Qaz Dəhlizinin (CQD) ayrılmaz hissəsi olan TAP təbii qazın Avropaya tədarükü üçün marşrut və mənbələrin şaxələndirilməsinə yönəlmiş strateji xəttdir. Azərbaycanın istehsal və ixrac potensialından istifadə edərək, TAP Aİ-nin Rusiya boru qazından olan asılılığının azalmasına kömək edir. Belə şaxələndirmə tədarükün dayanması risklərini azaldır, enerji sektorunda rəqabəti gücləndirir və daha əlverişli qiymətlərin formalaşmasına şərait yaradır. CQD çərçivəsində TAP Aİ üçün daha şaxələndirilmiş, etibarlı və təhlükəsiz qaz təchizatı sisteminin yaradılmasına töhfə verir.
TAP enerji keçidi dövründə çeviklik və enerji təhlükəsizliyi təmin etmək qüdrətinə malikdir. Qaz Avropanın enerji keçidi prosesində və karbon emissiyalarının azaldılması səylərində mühüm keçid yanacağı olaraq qalır. TAP-ın rolu olduqca önəmlidir: o, sabit qaz təchizatını təmin edir, enerji sisteminin dayanıqlığını dəstəkləyir və daha davamlı enerji gələcəyinə keçiddə körpü rolunu oynayır. Karbonsuzlaşdırma hədəflərinə yaxınlaşdıqca, TAP kimi infrastruktur keçid dövründə çeviklik və təhlükəsizlik təmin edə, bərpa olunan enerji mənbələrinin inteqrasiyasını tamamlaya bilər. Azərbaycanla strateji enerji əməkdaşlığımız Aİ-nin enerji təhlükəsizliyi və karbonsuzlaşdırma sahəsində uzunmüddətli məqsədlərinə nail olunmasında əsas element olaraq qalacaq. Azərbaycanın Xəzər dənizindəki zəngin bərpa olunan enerji ehtiyatları Avropanın təmiz enerji sənayesi ilə əməkdaşlıq üçün geniş imkanlar yaradır.
Avropa Komissiyasının nümayəndəsi qeyd edib ki, dəyişən enerji mənzərəsi fonunda Aİ TAP-ın ötürücülük qabiliyyətinin artırılması potensialının öyrənilməsi məqsədilə maraqlı tərəflərlə sıx işləməyə davam edir. Aİ-də ümumi qaz tələbatı 2022-ci ildən etibarən azalıb. Buna baxmayaraq, qeyri-rus qazı tələbatın ödənilməsində və enerji təhlükəsizliyinin təmin edilməsində hələ də əsas rol oynayır. TAP-ın nəqliyyat infrastrukturunun istənilən genişləndirilmə səyləri kommersiya baxımından əsaslandırılmalıdır, çünki Aİ qaydaları artıq beynəlxalq fosil layihələrinə investisiya üçün büdcə vəsaitlərinin istifadəsinə icazə vermir. Bu kontekstdə, TAP-ın mütəmadi bazar testləri marağın qiymətləndirilməsində və əlavə gücün zəruriliyinin şəffaf əsasda müəyyənləşdirilməsində əsas rol oynayır. Layihə marşrut boyunca yerləşən ölkələrdə, o cümlədən Yunanıstan və İtaliyada minlərlə iş yeri yaradıb, iqtisadi fəallığı artırıb və daha sabit qaz tədarükünü təmin edib.
Xatırladaq ki, Yunanıstan, Albaniya, Adriatik dənizi və İtaliya ərazisindən keçən 878 kilometrlik qaz nəqli sistemi 15 noyabr 2020-ci ildə kommersiya istismarına başlayıb. 31 dekabr 2020-ci ildə TAP ilk qaz həcmlərinin nəqlini həyata keçirib. 2025-ci ilin avqust ayına olan məlumata görə, TAP vasitəsilə Avropaya 50 milyard kubmetr Azərbaycan təbii qazı ixrac olunub. TAP-ın illik ötürücülük qabiliyyəti 10 milyard kubmetrdir və onun 20 milyard kubmetrə qədər artırılması nəzərdə tutulur.
Sahibkarlıq və kiçik-orta biznes mövzularında yazıram. Startapların və yerli istehsalçıların uğur hekayələrini izləmək xoşuma gəlir.
Bütün məqalələrə baxınOxşar xəbərlər
Avropa İttifaqının hava və dəniz nəqliyyatının “ya...
Azəri Xəbər

AK Rusiya qazının Serbiyaya nəqlini dayandırmaq ni...
Azəri Xəbər
Gürcüstanın Avropa İttifaqına qəbul prosesi faktik...
Azəri Xəbər

Avropa Komissiyasının sədri: Aİ Ukraynaya təcili e...
Azəri Xəbər

Avropa Komissiyası Rusiyaya qarşı 19-cu sanksiyala...
Azəri Xəbər

Azərbaycandan Yunanıstana təbii qaz tədarükünün hə...
Azəri Xəbər



