
Spiker Sahibə Qafarova PAİ-nin 151-ci Assambleyasında itkin düşmüş şəxslərin taleyi ilə bağlı məsələyə diqqət çəkib

Milli Məclisin sədri Sahibə Qafarova İsveçrənin Cenevrə şəhərində Parlamentlərarası İttifaqın (PAİ) 151-ci Assambleyasında Azərbaycanın üzləşdiyi ciddi humanitar çağırışları diqqətə çatdırıb. "Böhran zamanı humanitar normaların qorunması və humanitar fəaliyyətin dəstəklənməsi" mövzusunda keçirilən müzakirələrdə spiker ən aktual məsələlərdən birini – ərazilərin minalarla çirklənməsi problemini ön plana çəkib.
O bildirib ki, bu vəziyyət insanların həyatını təhdid etməyə davam edir və azad edilmiş torpaqlarda həyata keçirilən yenidənqurma işlərinə ciddi maneə törədir. İşğal illərində Ermənistan tərəfindən Azərbaycanın əvvəllər işğal altında olmuş ərazilərində çoxlu sayda minalar yerləşdirilib. Sahibə Qafarova minalanmanın gətirdiyi fəlakətli nəticələrin statistikasını təqdim edib. Vurğulanıb ki, 2020-ci ildən indiyə qədər 400-dən çox azərbaycanlı bu minaların partlaması nəticəsində həlak olub və ya yaralanıb.
Bu minalar və müharibə qalıqları yalnız insan həyatına deyil, həm də təbiətə ciddi ziyan vurur. Spiker qeyd edib ki, partlayıcılar torpağı və suyu çirkləndirir, biomüxtəlifliyi məhv edir, eyni zamanda münbit torpaqların becərilməsinin qarşısını alır. Milli Məclisin sədri ölkəmiz üçün humanitar minatəmizləmənin sadəcə təhlükəsizliyi bərpa etmək üçün deyil, həm də ətraf mühitin bərpası aktı olduğunu xüsusi qeyd edib.
Spiker Sahibə Qafarova çıxışında daha bir ağır humanitar çağırışa - itkin düşmüş şəxslərin taleyi ilə bağlı məsələyə də diqqət çəkib. O vurğulayıb ki, münaqişə illərində 4000-ə yaxın azərbaycanlı itkin düşüb və onların ailələri hələ də cavab gözləyir. Bu məsələ təkcə milli ağrı deyil, həm də bir çox ölkələrin paylaşdığı universal humanitar narahatlıqdır.
Yerli özünüidarə və regional siyasət haqqında yazıram. Bakıdan kənarda da nələr olduğunu bilmək vacibdir.
Bütün məqalələrə baxınOxşar xəbərlər

Sahibə Qafarova Ərdoğanla görüşdü
Bugun.az

Bakıda itkinlərlə bağlı beynəlxalq konfransın yeku...
Bugun.az

Spiker Papanın dəfnində iştirak etdi -FOTOLAR
Bugun.az

Milli Məclisin sədri Sahibə Qafarova Parlamentləra...
Azəri Xəbər

Dövlət komissiyalarının nümayəndələri arasında gör...
Bugun.az

Azərbaycan 2 minə qədər meyit qalığını Ermənistana...
Son Xeberler