
Şəkidə arxeoloji abidənin muzey statusu alması üçün Mədəniyyət Nazirliyinə müraciət edilib

Şəkinin Fazıl kəndində qazıntılar zamanı aşkarlanan qədim yaşayış məskənlərini və tapılan eksponatları əhatə edən abidənin muzey statusu alması üçün Mədəniyyət Nazirliyinə müraciət edilib. Abidənin sahibi İntizar Bədəlova bu barədə məlumat verib. O bildirib ki, sözügedən yaşayış məskəni hələ 2006-cı ildə aşkar olunub.
Tapıntıdan sonra eksponatların üzərində kərpicdən qoruyucu tikinti işləri aparıldı. Ərazidə ümumilikdə beş qədim yaşayış yeri tapılıb, bunların dördü müxtəlif dövrlərə aiddir. Ən diqqətçəkən hissə isə Təpəbaşı nekropolu və yaşayış yeridir. Bu məntəqədə eramızdan əvvəl I minilliyin birinci yarısından başlayaraq orta əsrlərə qədər yaşayış fasiləsiz davam edib. Mədəniyyət Nazirliyi abidəyə muzey statusu verilməsi üçün baş plan hazırlayıb. Nazirliyin əməkdaşları bir müddət əvvəl gələrək muzeyin çatışmazlıqlarını, o cümlədən üst örtüyü və havalandırma sistemini qeydə alıblar. İntizar Bədəlova hazırda qərarın verilməsini gözləyir.
İ. Bədəlova abidənin üst örtüyünün çox ciddi bərpaya ehtiyacı olduğunu söyləyir. O, muzeyin qorunmasını şəxsi əməkhaqqı və Dövlət Turizm Agentliyi tərəfindən ayrılmış mühafizəçi ştatının maaşı ilə həyata keçirir. Bu vəsait ərazinin təmiz saxlanmasına, bağban işinə və 70 metrlik sahənin ventilyasiyasına sərf olunur. Muzey yeraltında yerləşdiyi üçün hər gün havalandırılmalıdır. Yerüstü hissə də zibillərdən qorunmalı və daim təmizlənməlidir ki, həşəratlanma yaranmasın. Təpəbaşı nekropolu digər abidələr kimi inventar nömrəsi ilə qeydiyyata alınıb.
Mədəniyyət Nazirliyi Fazıl kəndinin cənubunda yerləşən Təpəbaşı nekropolunun Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli qərarı ilə 1733 inventar nömrəsi altında ölkə əhəmiyyətli arxeoloji abidə kimi qeydə alındığını təsdiqləyib. Arxeoloq Nəsib Muxtarov uzun illər ərzində bu abidəni araşdırıb və ona şərti olaraq "Əbədi sükut" labirinti adını verib. Əvvəllər abidənin qorunması istiqamətində müəyyən işlər ianələr hesabına görülürdü. İndi Mədəniyyət Nazirliyi abidənin mühafizəsi, təbliği və ictimaiyyətə tanıdılması məqsədilə fəaliyyət planları hazırlayır. Bu çərçivədə ərazidə abadlıq işləri aparmaq, insanların asudə vaxtlarını səmərəli keçirmələri üçün şərait yaratmaq nəzərdə tutulur. Qanunvericiliyə görə, mədəniyyət və elmi-tədqiqat müəssisəsi kimi muzeylərin yaradılması müvafiq qaydada həyata keçirilir.
Ailə, uşaq tərbiyəsi və valideynlik mövzularında yazıram. Özüm də 2 uşaq anasıyam, bu təcrübə işimdə çox kömək edir.
Bütün məqalələrə baxınEtiketlər
Oxşar xəbərlər

Azərbaycan İtaliyada turizm sərgisində təmsil olun...
Azəri Xəbər

Ermənilərin dağıtdığı tarixi abidələrin ilkin sayı...
Son Xeberler

Xınalıqda antik dövrə aid maddi mədəniyyət nümunəl...
Son Xeberler

Tərtərdə küp qəbirlər aşkar edildi
Son Xeberler

Erməni təcavüzü nəticəsində zərər çəkən mədəniyyət...
Son Xeberler

Muğam Mərkəzinə Beynəlxalq Status Verildi
Bugun.az



