Şəhid qardaşı: Fikrətdən Xocalı hadisələrindən sonra xəbər ala bilməmişdik

30.10.2025 10:57 8 baxış sayı 2 dəq. oxuma Report
Şəhid qardaşı: Fikrətdən Xocalı hadisələrindən sonra xəbər ala bilməmişdik

Birinci Qarabağ müharibəsinin itkin-şəhidi Fikrət Əzizovun ailəsi Xocalı soyqırımından sonra ondan heç bir xəbər ala bilməyib. Fikrət Əzizovun qardaşı Məmməd Əzizov jurnalistlərə verdiyi açıqlamada bu ağır illəri xatırladıb.


Məmməd Əzizov bildirib ki, qardaşı 1991-ci ildə könüllü olaraq birinci batalyonda Qarabağ döyüşlərinə yollanmışdı. Fikrət 1992-ci ildə Xocalı hadisələri zamanı şəhid oldu. Qardaşını tapmaq ümidi ilə Məmməd Əzizov həmin dövrdə Xocalı şəhidlərinin daşınmasında kömək etmişdi, lakin onu tapa bilməyib. O, Fikrəti sonuncu dəfə məzuniyyətə gəldiyi zaman görüb.


Qardaşı məzuniyyətdə iki gün qaldıqdan sonra yenidən Qarabağa qayıdıb. Məmməd Əzizovun sözlərinə görə, Fikrət gedəndən təxminən beş-altı gün sonra Xocalı hadisələri başladı. Həmin zamandan etibarən ailə şəhid qardaşından heç bir xəbər ala bilməyib. O, çıxışının sonunda "Dövlətimiz sağolsun ki, gözümüz yoldan yığıldı," deyərək məsələnin həllinə görə minnətdarlığını bildirib.


Şəhid Fikrət Əzizov 13 yanvar 1961-ci ildə Bakının Qaradağ rayonu, Qobustan qəsəbəsində anadan olmuşdu. O, Birinci Qarabağ müharibəsinin itkin-şəhidi hesab olunur. F. Əzizov rəsmi olaraq 1992-ci ilin 26 fevralında Xocalı şəhərində itikin düşmüşdü.


A
İnvestigativ jurnalist

Korrupsiyaya qarşı mübarizə və şəffaflıq mövzularında yazıram. İnvestigativ jurnalistika mənim əsas maraq sahəmdir.

Bütün məqalələrə baxın
Paylaş: