Sabah Sumqayıtın bəzi ərazilərində qaz kəsiləcək

20.10.2025 12:06 8 baxış sayı 1 dəq. oxuma Report
Sabah Sumqayıtın bəzi ərazilərində qaz kəsiləcək

Oktyabrın 21-də Sumqayıt şəhərinin bəzi hissələrində qaz təchizatında fasilə yaranacaq. Bu kəsilmə ümumilikdə 650 abonenti əhatə edir. Məlumatı "Azəriqaz" İstehsalat Birliyinin Sumqayıt Qaz İstismar Sahəsi (QİS) "Report"un yerli bürosuna çatdırıb.


QİS-dən bildirilib ki, qaz təchizatının dayandırılması balans qovşaqlarının mövcud qaz xəttinə qoşulması ilə əlaqədardır. İşlər səhər saat 10:00-dan başlayacaq. Qazın verilişində fasilə yaranacaq ərazilər Təzə Corat 1 (Novxanı şossesi)Təzə Corat 2 (Məscidin sağ tərəfi) yaşayış massivləridir. Bu ərazilərdə 650 abonentin qaz təchizatı işlər başa çatanadək dayandırılacaq.


Qaz təchizatı müvafiq texniki işlər tam yekunlaşdıqdan sonra dərhal bərpa ediləcək.


Texnologiya redaktoru

Texnologiya sahəsində 8 ildir yazıram. Bakıda keçirilən ilk startap müsabiqələrinin birində iştirak edib, o vaxtdan bu mövzuya marağım daha da artıb....

Bütün məqalələrə baxın
Paylaş: