
"Regional" BOKT-un istiqrazları üzrə hərracın tarixi açıqlanıb

Oktyabrın 24-də "Bakı Fond Birjası" QSC-də (BFB) "Regional" MMC bank olmayan kredit təşkilatının (BOKT) istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.
Bu istiqrazlar 1 milyon manat dəyərindədir. Onlar faizli, təmin edilməmiş və sənədsiz, adlı istiqrazlardır.
Məlumata görə, 10 000 ədəd istiqraz kütləvi təklif üsulu ilə yerləşdiriləcək. Hər birinin nominal dəyəri 100 manatdır. Bu qiymətli kağızlar 24 ay ərzində tədavüldə olacaq.
Onların illik gəlirliliyi 16 % təşkil edir. Faizlər aylıq olaraq ödəniləcək.
"Xalq Kapital İnvestisiya Şirkəti" QSC prosesin anderrayteridir. İstiqrazları almaq istəyən şəxslər BFB-nin üzvü olan digər investisiya şirkətlərinə də müraciət edə bilərlər.
Emitent tədavül müddətində qiymətli kağızları nominal dəyərindən aşağı olmayan şərtlə geri almaq öhdəliyini götürür.
Sahibkarlıq və kiçik-orta biznes mövzularında yazıram. Startapların və yerli istehsalçıların uğur hekayələrini izləmək xoşuma gəlir.
Bütün məqalələrə baxınEtiketlər
Oxşar xəbərlər

Maliyyə Nazirliyi növbəti dəfə depozit hərracı keç...
Azəri Xəbər

Ukraynanın ən böyük şirkətini azərbaycanlı iş adam...
Xəbər Anı

İşaxtaranların nəzərinə!
Edumap.az Təhsil Portalı

Bu məktəblərdə şagird qəbulu 2 qaydada aparılacaq
Bugun.az

Araqçının Moskvaya səfər tarixi açıqlandı
Bugun.az

Üç polkovnikə yüksək vəzifə verildi
Bugun.az