
"QHT işi" üzrə məhkəmədə Hafiz Həsənovun ittiham aktı elan olunub

“QHT işi” adlanan geniş istintaqın tərkib hissəsi olan məhkəmə baxışı başlayıb. Bu prosesdə ittiham olunan şəxslərdən biri, "Hüquq və İnkişaf" İctimai Birliyinin rəhbəri Hafiz Həsənovdur. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən iclasda prokuror ittiham aktını elan etdi. İttihama görə, Hafiz Həsənov rəhbərlik etdiyi QHT vasitəsilə layihələr həyata keçirmək adı altında ABŞ-ın German Marşal Fondundan ümumilikdə 415 min dollar məbləğində qrant alıb və bu vəsaitləri leqallaşdırıb. Məhkəmədə elan olunan ittihamlarla bağlı Hafiz Həsənov özünü təqsirli bilmədiyini söylədi.
Hafiz Həsənova qarşı Cinayət Məcəlləsinin bir neçə ciddi maddəsi ilə ittiham irəli sürülüb. Bu maddələrə 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) daxildir. Onun barəsində əvvəlcə Binəqədi Rayon Məhkəməsinin qərarı ilə ev dustaqlığı qətimkan tədbiri seçilmişdi. Sonra isə bu qərar dəyişdirildi və o, polis nəzarəti altına verilmə qətimkan tədbiri ilə əvəz olundu. Məhkəmə prosesinin növbəti iclası dekabrın 3-nə təyin edilib.
Bu iş Baş Prokurorluğun İstintaq İdarəsi tərəfindən Azərbaycan ərazisində fəaliyyət göstərən bir sıra yerli və beynəlxalq qeyri-hökumət təşkilatlarına qarşı başlanmış daha böyük bir cinayət işinin tərkib hissəsidir. İstintaq QHT-lərin, onların rəhbərlərinin, habelə xarici QHT-lərin filial və nümayəndəliklərinin fəaliyyətlərində qanun pozuntularını araşdırır. Hafiz Həsənovdan başqa, “İştirak Evi” MMC-nin təsisçisi Məmməd Alpay (Məmmədzadə), “Vətəndaş Hüquqları İnstitutunun” rəhbəri Bəşir Süleymanlı və Sosial Hüquqlar Mərkəzinin rəhbəri Sübhan Həsənli də oxşar maddələrlə təqsirləndirilən şəxslər qismində cəlb ediliblər. Məmməd Alpay və Bəşir Süleymanlı barəsində həbs qətimkan tədbiri seçilmişdi, lakin Sübhan Həsənli istintaqdan yayındığı üçün axtarışa verilib. Sonrakı dövrdə bu QHT cinayət işi üzrə Gəncə Regional İcma Mərkəzinin rəhbəri Asəf Əhmədov, hüquq müdafiəçisi Zamin Zəki və Əhməd Abbas oğlu Məmmədzadə də həbs ediliblər.
İnsan hüquqları və vətəndaş cəmiyyəti mövzularında ixtisaslaşmışam. Bu sahədə qeyri-hökumət təşkilatlarında da işləmişəm.
Bütün məqalələrə baxınOxşar xəbərlər

Hafiz Həsənovun məhkəməsi başlayıb
Azəri Xəbər

Acunun həbsi tələb olundu
Bugun.az

Əvəz Zeynallının cəzası azaldıldı - QƏRAR
Bugun.az

Bəşir Süleymanlı 148 min manatlıq qrantı mənimsəmə...
Azəri Xəbər

Gəncədə saxlanılan vəkil Zabil Qəhrəmanov barəsind...
Azəri Xəbər

Gəncədə saxlanılan vəkil Zabil Qəhrəmanova ittiham...
Azəri Xəbər



