Qənimət Zahidovun məhkəməsi başlayır

01.12.2025 06:14 16 baxış sayı 3 dəq. oxuma APA
Qənimət Zahidovun məhkəməsi başlayır

Dövlət əleyhinə yönələn açıq çağırışlar etməkdə təqsirləndirilən Qənimət Zahidovun cinayət işi məhkəməyə göndərilib. Bu iş Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fəxri Məmmədovun icraatına verilib. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik bəlli deyil, lakin iş üzrə proses rəsmən başlayır.


Zahidov Qənimət Səlim oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 281.2-ci maddəsi ilə ittiham olunur. Bu maddə dövlət əleyhinə yönələn açıq çağırışların təkrarən və ya bir qrup şəxs tərəfindən törədilməsini nəzərdə tutur. O, istintaqdan gizləndiyi üçün barəsində axtarış elan edilmişdi. 2018-ci il iyulun 25-də Bakı şəhər Səbail rayon Məhkəməsi onun 4 ay müddətinə həbs edilməsi barədə qətimkan tədbiri seçmişdi.


Təqsirləndirilən şəxs 2018-ci ilin iyul ayının 4-də və 15-də “Youtube” platformasında çıxışlar yayıb. İttihama görə, bu çıxışlarda o, Azərbaycanda qanuni əsaslarla formalaşmış və fəaliyyət göstərən mövcud hakimiyyətə qarşı zor tətbiqini təşviq edən açıq çağırışlar edirdi. İstintaqdan yayınan şəxsə ittiham elan edilməsi üçün 2018-ci il avqustun 4-də Fransa Respublikasının səlahiyyətli orqanlarına müraciət olunub. Lakin onun tutulması və ekstradisiyası mümkün olmayıb.


Qənimət Zahidov 2025-ci ilin sentyabrında İctimai Televiziya və Radio vasitəsi ilə istintaqa dəvət olunsa da, oktyabrın 20-də gəlməyib. Onun gizlənməsi səbəbindən qiyabi icraat tətbiq edildi. Cinayət Prosessual Məcəlləsinin müvafiq maddələrinə əsasən, 2025-ci il noyabrın 14-də Binəqədi Rayon Məhkəməsinin qərarı ilə Zahidov barəsində qiyabi icraat açılıb və o, müdafiəçi ilə təmin edilib. 2025-ci il sentyabrın 18-də toplanmış sübutların məcmusuna əsasən ona yenidən ittiham elan edilməsi haqqında qərar qəbul edilib. Lakin Azərbaycan hüdudlarından kənarda gizləndiyi üçün ona ittihamı rəsmi elan etmək mümkün olmayıb. Cinayət işi üzrə ibtidai istintaq noyabrın 17-də tamamlandı.


F
Parlament müxbiri

Parlament xəbərləri və qanunvericilik prosesi üzrə ixtisaslaşmışam. Hüquqşünas kimi təhsil almışam, bu da mənə çox kömək edir.

Bütün məqalələrə baxın
Paylaş: