
Qarabağ Zəfərinin zirvəsində Şuşa əməliyyatı dayanır - Kamaləddin Qafaqov

Milli Məclisin deputatı Kamaləddin Qafarovun sözlərinə görə, Qarabağ Zəfərinin zirvəsində məhz Şuşa əməliyyatı dayanır. O qeyd edib ki, 2020-ci ilin noyabrın 8-də Azərbaycan Ordusu misilsiz qəhrəmanlıq göstərdi və Şuşanı azad etməklə tarixin gedişatını dəyişdi. Qarabağın mədəni, mənəvi və strateji mərkəzi olan bu şəhərin azad olunması sadəcə hərbi əməliyyat deyildi. Bu hadisə xalqın iradəsini, milli birliyini və əzmini nümayiş etdirərək tarixə düşdü.
Millət vəkili bildirdi ki, bu qələbə Azərbaycan əsgərinin hünərinin, Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyətinin və xalqın birliyinin nəticəsi idi. Dünya hərb tarixində bənzəri olmayan Şuşa əməliyyatı müasir dövrdə taktiki düşüncənin, milli ruhun və sarsılmaz inamın təntənəsi kimi dəyərləndirilir. Tam əminliklə demək olar ki, Qarabağ Zəfərinin ən vacib nöqtəsi məhz Şuşanın azad edilməsidir. Dövlət başçısının 2021-ci ilin yanvarında Şuşada üçrəngli bayrağımızı qaldırması Azərbaycan dövlətçiliyinin və milli iradənin əsl təntənəsi oldu.
İşğaldan azad edilmiş şəhərlərə həsr olunan günlərin təsis edilməsi mühüm siyasi və mənəvi hadisədir. Bu, Azərbaycan xalqının 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi Qələbənin əbədiləşdirilməsi baxımından önəmlidir. Ölkə Prezidentinin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə bu sahədə yeni bir mərhələnin əsası qoyulub. Həmin sənədə əsasən, hər il noyabrın 8-də ölkəmizdə Şuşa Şəhəri Günü qeyd olunur. Bu gün milli qürur və Zəfər təntənəsinin simvoludur. 28 illik ayrılıqdan sonra Şuşaya qayıdış sadəcə torpağın azad olunması deyil, həm də milli-mənəvi dirçəlişin başlanğıcıdır.
Qədim mədəniyyət beşiyi olan Şuşa indi sürətlə inkişaf edir. Orada genişmiqyaslı infrastruktur layihələri icra olunur. Tarixi-mədəni irsin bərpası istiqamətində vacib addımlar atılır. İşğal illərində dağıdılmış abidələr yenidən bərpa olunur, şəhərin tarixi memarlıq siması qorunur və müasir həyatla birləşir. Şuşanın Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi bu qədim şəhərin təkcə ölkəmiz üçün deyil, həm də bütün Türk dünyası üçün mənəvi məkan kimi əhəmiyyətini bir daha təsdiqləyir. Bu gün Şuşa bütövlükdə regionun dirçəliş rəmzinə çevrilib. Burada həyata keçirilən hər bir layihə həm dövlət siyasətinin uzaqgörənliyini, həm də xalqın Zəfər ruhunu əks etdirir.
Yerli özünüidarə və regional siyasət haqqında yazıram. Bakıdan kənarda da nələr olduğunu bilmək vacibdir.
Bütün məqalələrə baxınOxşar xəbərlər
Qazi Universitetində Qarabağ Zəfərinin beşinci ild...
Azəri Xəbər

"Əziz Şuşa, biz qayıtdıq!!!" -
Son Xeberler

UEFA Qurban Qurbanovla bağlı paylaşım etdi
Bugun.az

Qarabağ Zəfərinin 5-ci İldönümü: Türkiyəli Fermer...
Son Xeberler

Onların Qarabağ nağılı gerçək oldu... -
Son Xeberler

Azərbaycanın çoxəsrlik tarixinə qızıl hərflərlə ya...
Azəri Xəbər



