
"Qalatasaray" Bundesliqa klubundan 18 yaşlı futbolçu transfer etdi

Türkiyənin "Qalatasaray" futbol klubu heyətinə yeni gənc futbolçu qatdığını rəsmi olaraq açıqlayıb. İstanbul təmsilçisi Almaniyanın Münhenqladbax "Borussiya" klubunun 18 yaşlı istedadı Can Armando Güneri transfer edib. Klubun mətbuat xidmətinin məlumatına görə, "sarı-qırmızı"lılar bu keçidlə bağlı Almaniya klubu ilə razılığa gəliblər.
Transferin maliyyə detalları da məlumdur. Məlumat verilir ki, "Qalatasaray" Can Armando Güner üçün 350 min avro ödəyib. Bu razılaşma ilə Türkiyə nəhəngi gənc və perspektivli oyunçuları komandaya cəlb etmə strategiyasına sadiq qaldığını göstərir. Günerin qısa müddət ərzində əsas komandanın heyətinə cəlb edilməsi gözlənilir.
Can Armando Güner bu mövsüm "Borussiya Mönhenqladbax"ın U-19 komandasının formasını geyinib. Gənc yarımmüdafiəçi komandasının heyətində 14 oyunda iştirak edib və yaxşı statistik göstəricilər əldə edib. O, bu matçlarda rəqib qapılarından 4 qol keçirib. Həmçinin komanda yoldaşlarına 3 məhsuldar ötürmə edərək, hücum potensialının yüksək olduğunu sübut edib. "Qalatasaray"ın bu gənc transferdən gələcəkdə böyük fayda görməyi planlaşdırılır.
Basketbol, voleybol və digər komanda oyunları haqqında yazıram. Bu idman növlərinin Azərbaycanda populyarlaşmasına töhfə vermək istəyirəm.
Bütün məqalələrə baxınOxşar xəbərlər

“Qalatasaray”a tarixi təklif
Bugun.az

Ulduz futbolçu “Qalatasaray”a mesaj göndərdi - Mən...
Bugun.az

"Qalatasaray" "Siti"nin ulduzu barədə qərarını ve...
Bugun.az

“Qalatasaray” arzusuna çatır - Osimhen seçimini et...
Bugun.az

“Qalatasaray” Frank Kessyeni transfer etmək istəyi...
Azəri Xəbər

"Qalatasaray"dan rekord transfer - Ulduz futbolçu...
Bugun.az




