Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verib

11.11.2025 12:55 12 baxış sayı 1 dəq. oxuma Trend
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı məktubu ünvanlayıb.


Məktubda bildirilir ki, Gəncədən qalxan və Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus hərbi yük təyyarəsinin Gürcüstan ərazisində qəzaya uğraması nəticəsində hərbçilərin həlak olması barədə xəbər Azərbaycan Prezidentini son dərəcə sarsıdıb.


Prezident Əliyev Türkiyə Prezidentinə müraciətində kədəri bölüşdüyünü vurğulayıb. O, bu faciə ilə əlaqədar dərin hüznlə başsağlığı verib. Başsağlığı həlak olanların ailələrinə, yaxınlarına və qardaş Türkiyə xalqına öz adından və Azərbaycan xalqı adından çatdırılıb. Məktub "Allah rəhmət eləsin!" sözləri ilə bitir.


F
Parlament müxbiri

Parlament xəbərləri və qanunvericilik prosesi üzrə ixtisaslaşmışam. Hüquqşünas kimi təhsil almışam, bu da mənə çox kömək edir.

Bütün məqalələrə baxın
Paylaş: