Premyer Liqada oktyabr ayının ən yaxşı qolunun müəllifi mükafatlandırılıb

23.11.2025 11:55 3 baxış sayı 1 dəq. oxuma Trend
Premyer Liqada oktyabr ayının ən yaxşı qolunun müəllifi mükafatlandırılıb

Misli Premyer Liqasında "Ayın qolu" layihəsi çərçivəsində oktyabr ayının ən yaxşı qolunun müəllifi müəyyən edildi. "Sabah" futbol klubunun oyunçusu Kahim Parris bu mükafata layiq görülüb.


Bu barədə məlumat Peşəkar Futbol Liqasının (PFL) mətbuat xidməti tərəfindən yayılıb. Parrisə mükafat XII turun "Sabah" – "Şamaxı" görüşündən əvvəl təqdim olundu. Mükafatlandırma mərasimini Peşəkar Futbol Liqasının Media və marketinq direktoru Sənan Abdullayev həyata keçirdi.


C
Motor idmanları müxbiri

Formula 1, avtomobil yarışları və motor idmanları üzrə yazıram. Bakıda Formula 1 yarışları keçirilməyə başlayandan bəri bu maraq daha da böyüyüb.

Bütün məqalələrə baxın
Paylaş: