
"PAŞA Bank" illik 9%-dək gəlir gətirən yeni rəqəmsal depozitlərini təqdim edir

Ölkənin aparıcı korporativ maliyyə institutu "PAŞA Bank" müştərilər üçün tam rəqəmsal depozit məhsullarını istifadəyə verib.
Bu yeni rəqəmsal depozitlər sabit gəlir axtaran müştərilər üçün müasir maliyyə həlli təqdim edir. Məhsullar etibarlılığı, yüksək rahatlığı və gəlirliliyi bir araya gətirir. Bank bu addımı ilə xidmətlərini daha da rəqəmsallaşdırır və müştəri təcrübəsini sadələşdirir.
Artıq müştərilər depozit açmaq üçün banka gəlməyə məcbur deyillər. Bütün proses PAŞA Bankın mobil tətbiqi vasitəsilə həyata keçirilir. Bu, prosesi sürətləndirir; müştərilər cəmi bir neçə dəqiqə ərzində, istənilən vaxt və istənilən yerdən depozit aça bilirlər.
PAŞA Bank tərəfindən müştərilərin məqsədlərinə uyğun olaraq iki depozit növü təqdim olunur: “Yığım” və ya “Müddətli”. Müştərilər minimum 1.000 AZN məbləğlə bu depozitləri aça bilərlər. Bu maliyyə məhsulları vasitəsilə illik 9%-dək sabit gəlir əldə etmək mümkündür.
Ticarət və əmtəə bazarları haqqında yazıram. Xarici ticarət balansı və ixrac-idxal dinamikası mənim maraq dairəmdədir.
Bütün məqalələrə baxınEtiketlər
Oxşar xəbərlər
"PAŞA Bank"ın Gürcüstandakı törəməsi maliyyə vəziy...
Azəri Xəbər

“PAŞA Bank” mobil tətbiqində rəqəmsal depozit
Azəri Xəbər

Azərbaycandakı bankların əməliyyat gəlirlərinin mə...
Azəri Xəbər

Kapital Bank-ın 30 000 000 AZN həcmində istiqrazla...
Bugun.az

“Xəmsə” birlik yarışında “Kapital Bank” iki layih...
Bugun.az

Kapital Bank-ın COP29 gündəliyi: Yaşıl gələcək üçü...
Bugun.az



