
Onlayn qumar və kazino oyunları təşkil edən daha iki dəstə tutulub - VİDEO
Daxili İşlər Nazirliyinin (DİN) Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi (KMBİ) qanunsuz onlayn qumar və kazino oyunları təşkil edən şəxslərə qarşı əməliyyat-texniki tədbirləri davam etdirir. Kiberpolisin keçirdiyi növbəti əməliyyatlar zamanı bu cinayət əməllərində şübhəli bilinən daha iki dəstə saxlanılıb. Saxlanılanlar arasında Siyasət Rəcəbov, İslam Rzayev, Şikar Əliyev, Rəsul Həşimov, eləcə də Həsən İtirov, Qoşqar Əlizadə və Kənan Osmanlı var. Bu şəxslər rəhbərlik etdikləri dəstələrin üzvləri kimi fəaliyyət göstərirdilər.
Araşdırmalar zamanı məlum oldu ki, bu şəxslər müxtəlif xarici ölkələrdə işləyən qanunsuz qumar və idman mərc oyunları saytlarının təşkilatçıları ilə əlaqə yaradıblar. Söhbət "fastloto.com" və "chcplay.net" kimi internet səhifələrindən gedir. Dəstə üzvləri bu səhifələrdə olan qumar oyunlarında iştirak hüququ verən onlayn linklər və kodlar alaraq virtual kassa sistemi qurublar. Onlar vətəndaşları onlayn ödənişlər qarşılığında sosial şəbəkələrdə açdıqları "Batumi Kazino" və "Priz Kazino" kimi səhifələr vasitəsilə qanunsuz kazino və mərc oyunlarına cəlb edirdilər. Paytaxtın Xətai, Yasamal və digər ərazilərində olan ofis və mənzillərə baxış keçirildi. Axtarışlar zamanı çox sayda elektron sübut, bank kartları, mobil nömrələr və iş üçün əhəmiyyətli digər dəlillər aşkarlandı. Saxlanılan şəxslərdən götürülən bank kartlarının ayrı-ayrı şəxslərdən müxtəlif ödənişlər qarşılığında alındığı və qanunsuz pul köçürmələrində istifadə edildiyi müəyyənləşdirildi.
Faktlarla bağlı Baş İdarədə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb. Dəstənin əsas fiqurları sayılan S. Rəcəbov, İ. Rzayev, Ş. Əliyev və R. Həşimov təqsirləndirilən şəxs qismində istintaqa cəlb ediliblər. Məhkəmənin qərarına əsasən, onlar barəsində həbs qətimkan tədbiri seçildi. DİN bir daha vətəndaşları sosial şəbəkələrdə qarşılaşa biləcəkləri qanunsuz mərc və qumar oyunlarında iştirak etməməyə çağırır. Nazirliyin məlumatında bildirilir ki, əks halda insanlar kiberdələduzluqla üzləşə, bank hesablarındakı vəsaitlərini itirə bilərlər. Bundan başqa, qanunsuz oyunlarda iştirak etmək hüquqi məsuliyyət yaradır.
Korrupsiyaya qarşı mübarizə və şəffaflıq mövzularında yazıram. İnvestigativ jurnalistika mənim əsas maraq sahəmdir.
Bütün məqalələrə baxınEtiketlər
Oxşar xəbərlər
Kiberpolis qanunsuz onlayn qumar-kazino oyunları t...
Cinayət Xəbərləri
Mütəşəkkil dəstə halında internetdə qumar oyunu tə...
Azəri Xəbər
Onlayn qumar oyunlarında bank kartlarının alqı‑sat...
Azəri Xəbər

İnternetdə qumar oyunu təşkil edən mütəşəkkil dəst...
Azəri Xəbər

Kiberpolis qanunsuz onlayn qumar oyunlarda aktiv i...
Azəri Xəbər

Bakıda əməliyyat keçirildi - Saxlanılanlar var
Bugun.az



