
Nazir: "Yaxın zamanlarda "Şəms" və "Üfüq" GES-lərinin təməli qoyulacaq"

Energetika naziri Pərviz Şahbazovun Energetiklər Günü ilə bağlı rəsmi qəzetdə dərc olunmuş məqaləsində bildirilir ki, Azərbaycanın yaşıl enerji hədəfləri çərçivəsində yaxın vaxtlarda bir sıra yeni güc mərkəzlərinin təməli atılacaq və mövcud layihələrin tikintisi başa çatdırılacaq. İlk olaraq Cəbrayılda hər biri 50 MVt gücündə olan "Şəms" və "Üfüq" günəş elektrik stansiyalarının (GES) təməlinin qoyulması planlaşdırılır. Nazir qeyd edib ki, qarşıdakı iki il ərzində Azərbaycanda "yaşıl enerji"nin inkişafının birinci mərhələsi tamamlanacaq. Bu mərhələ 10 günəş və külək elektrik stansiyasının inşasını əhatə edir.
Bu böyük plan çərçivəsində 240 MVt gücündə olan "Xızı-Abşeron" Külək Elektrik Stansiyası (KES) ilin sonunadək tam istismara veriləcək. Stansiyanın Abşeron və Xızı sahələrində ümumilikdə 37 turbindən 35-i (227,5 MVt gücündə) artıq quraşdırılıb. Qalan iki turbinin quraşdırılması oktyabr ayında yekunlaşacaq. Layihənin əsas hissələrindən olan iki 220/33 kV-luq yarımstansiyadan biri artıq tikilib, istismara tam hazırdır. Digər yarımstansiyanın tikintisi isə gələn ay bitəcək. Həmçinin nazir bildirib ki, 445 MVt gücündə "Biləsuvar" Günəş Elektrik Stansiyasının tikintisinə ilk panelin quraşdırılması ilə start verilib. 943 mindən çox paneldən ibarət olacaq bu stansiya regionun ən böyük günəş enerji layihələrindən biri sayılır.
Layihəyə uyğun işlər ardıcıl şəkildə davam edir. 315 MVt gücə malik "Neftçala" Günəş Elektrik Stansiyası gələn il istismara veriləcək. 2027-ci ildə isə 240 MVt gücündə "Abşeron-Qaradağ" Külək Elektrik Stansiyası və qoyuluş gücü 240 MVt olan "Şəfəq" Günəş Elektrik Stansiyasının istismara verilməsi nəzərdə tutulur. Pərviz Şahbazov qeyd edib ki, Azərbaycanda bərpa olunan enerji mənbələri üzrə ilk hərrac layihəsi olan 100 MVt gücündə "Qobustan" Günəş Elektrik Stansiyasının tikintisinə başlanması və əlavə 100 MVt-lıq günəş enerjisi layihəsi üzrə də intensiv işlər görülür. Bu layihələrin həyata keçməsi sayəsində 2027-ci ilə qədər quraşdırılmış gücdə bərpa olunan enerjinin payı 33,7 faizə çatacaq. Stansiyalardan əldə olunacaq illik 5 milyard kVt·saat elektrik enerjisi sayəsində 1 milyard kubmetrdən çox təbii qaza qənaət ediləcək və 2,3 milyon tonadək emissiya azalması təmin olunacaq.
Bank sektoru və maliyyə xidmətləri haqqında yazıram. Əvvəllər bankda işləmişəm, indi isə bu təcrübəmi jurnalistikada istifadə edirəm.
Bütün məqalələrə baxınOxşar xəbərlər

"Şəms" və "Üfüq" GES-lərinin yaxın zamanlarda təmə...
Azəri Xəbər

Zaxarovadan Qarabağ açıqlaması
Son Xeberler

COP29-un Prezidenti QHT-lərin pavilyonunda - FOTO
Bugun.az

Azərbaycanda karantin rejimi ilə bağlı qərar veril...
Son Xeberler

Redmi 15 5G: Azərbaycan bazarına gəlişə hazırlaşır
Texnologiya xəbərləri

Samsung'ın Ucuz Telefonu Sızdı
Texnologiya xəbərləri