Monteneqro Ombudsmanı saxlanılan Azərbaycan vətəndaşlarının hüquqlarının müdafiəsi ilə bağlı Səbinə Əliyevanın məktubuna cavab verib

31.10.2025 07:15 9 baxış sayı 2 dəq. oxuma Trend
Monteneqro Ombudsmanı saxlanılan Azərbaycan vətəndaşlarının hüquqlarının müdafiəsi ilə bağlı Səbinə Əliyevanın məktubuna cavab verib

Monteneqro Respublikasının İnsan Hüquqları və Azadlıqları Müdafiəçisi Sinişa Bjekoviç Azərbaycana rəsmi cavab göndərib. Bu cavab İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Səbinə Əliyevanın Podqoritsa şəhərində Azərbaycan vətəndaşının saxlanılması ilə bağlı ünvanladığı məktuba ünvanlanıb.


Monteneqro Ombudsmanı bildirib ki, məsələ nəzarətə götürülüb. Bununla əlaqədar həmin ölkənin Polis İdarəsi ilə birbaşa əlaqə yaradılıb. Bjekoviç saxlanılmış Azərbaycan vətəndaşına qarşı xüsusi həssaslıqla davranıldığını qeyd edib. O, hər bir Azərbaycan Respublikası vətəndaşının hüquqlarının müdafiə olunacağını diqqətə çatdırıb.


Ombudsman S. Bjekoviç etnik, milli və ya dini zəmində hər hansı bir ayrı-seçkiliyin, nifrət nitqi və ya düşmənçilik münasibətlərinin qarşısının alınması ilə bağlı məsələlərə toxunub. O, saxlanılmış şəxslərlə bağlı aparılan istintaq və məhkəmə proseslərinin gedişatının onun mandatı çərçivəsində nəzarətdə saxlanılacağını qeyd edib. Hadisə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin diqqətində saxlanılır.


K
İnsan hüquqları müxbiri

İnsan hüquqları və vətəndaş cəmiyyəti mövzularında ixtisaslaşmışam. Bu sahədə qeyri-hökumət təşkilatlarında da işləmişəm.

Bütün məqalələrə baxın
Paylaş: