Mərkəzi Banka yeni səlahiyyət verilib

06.12.2025 09:25 11 baxış sayı 2 dəq. oxuma Trend
Mərkəzi Banka yeni səlahiyyət verilib

Azərbaycan Mərkəzi Bankına (AMB) ödəniş kartları ilə aparılan əməliyyatların idarə edilməsi sahəsində yeni səlahiyyət verilib. Bununla bağlı Mərkəzi Bankın sədri Taleh Kazımov "Ödəniş əməliyyatlarının aparılmasına və ödəniş alətlərinə dair Qayda"da dəyişikliklərə imza atıb.


Bu yeniləmə AMB-nin ölkədaxili kart əməliyyatları üzərində birbaşa nəzarətini müəyyən edir. Sənədə əsasən, Mərkəzi Bank tərəfindən həyata keçiriləcək funksiyalar müəyyənləşib. Bu funksiyalar ödəniş kartları vasitəsilə aparılan əməliyyatlar haqqında məlumatların toplanması, emalı və ötürülməsini əhatə edir.


Yeni qaydalar, həmçinin, kart emissiyasına və ekvayrinqinə texniki xidmət göstərilməsi ilə məşğul olan ödəniş sistemlərinin operatorları və banklar arasındakı münasibətlərə təsir edir. Mərkəzi Bank artıq kartlarla ölkə daxilində aparılmış əməliyyatlar üzrə məlumatların ötürülməsi, emalı və klirinqi prosesini öz üzərinə götürür. Bu dəyişiklik ödəniş sistemlərində mərkəzləşdirilmiş idarəetmə yaratmağa yönəlib.


E
Maliyyə siyasəti şərhçisi

Vergi siyasəti və dövlət büdcəsi haqqında yazıram. Rəqəmlərlə işləməyi xoşlayıram və bunu oxuculara anlaşıqlı şəkildə çatdırmağa çalışıram.

Bütün məqalələrə baxın
Paylaş: