Marseldə 15 yaşlı şəxsin yandırılmış meyiti tapılıb

30.11.2025 13:15 9 baxış sayı 2 dəq. oxuma Trend
Marseldə 15 yaşlı şəxsin yandırılmış meyiti tapılıb

Fransanın Marsel şəhərində dəhşətli cinayət hadisəsi baş verib. Burada 15 yaşlı bir yeniyetmənin yandırılmış meyiti aşkar edilib. Məlumatı yerli mənbələrə istinad edərək BFMTV telekanalı yayımladı.


Mərhumun cəsədi uşaqlar üçün nəzərdə tutulmuş oyun meydançasında tapılıb və şəxsiyyəti müəyyən edilib. Hadisəni araşdıran qurumlar yeniyetmənin əvvəllər məhkumluğunun olmadığını bildirirlər. İlkin ehtimala görə, şəxs əvvəlcə öldürülüb, daha sonra isə meyiti yandırılıb. Bu, cinayətin xüsusi sərtliklə törədildiyini göstərir.


Hadisə ilə bağlı geniş miqyaslı istintaq başladı. Faktla əlaqədar “mütəşəkkil qrup tərəfindən törədilən qətl” və “cinayətkar sövdələşmə” maddələri üzrə cinayət işi açılıb. Araşdırmaya yaxın mənbələr telekanala bildiriblər ki, meyitin yanında bir giliz aşkar edilib. Marsel prokuroru Nikola Besson cinayətin xarakteri ilə bağlı qətlin narkotrafiklə əlaqəli ola biləcəyini istisna etmir. Hazırda hadisənin təfərrüatları ilə bağlı intensiv araşdırmalar davam edir.


F
Parlament müxbiri

Parlament xəbərləri və qanunvericilik prosesi üzrə ixtisaslaşmışam. Hüquqşünas kimi təhsil almışam, bu da mənə çox kömək edir.

Bütün məqalələrə baxın
Paylaş: