Laçın bir cənnətdir - qışı möcüzə - VİDEO

04.02.2026 08:53 29 baxış sayı 2 dəq. oxuma APA
Laçın bir cənnətdir - qışı möcüzə - VİDEO

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Laçının qışına həsr edilmiş bir videoçarx hazırlanıb. Bu layihəyə Azərbaycan Respublikası Prezidentinin Laçın rayonundakı xüsusi nümayəndəliyi dəstək verib. Bu barədə məlumat Komitənin Mətbuat xidmətindən açıqlanıb.


Məlumatda qeyd edilir ki, azad edilmiş və abadlaşdırılan Laçında yaşanan qış möcüzəsi şəhərin sakinlərinə və qonaqlarına xoş əhval bəxş edir. Dağlar qoynuna sığınmış şəhər ağappaq libasını geyinib. Laçının bu qışı hər kəs üçün fərqli məşğuliyyət imkanı yaradır; hər kəsin yaşına və zövqünə uyğun fəaliyyəti mövcuddur. Bu möcüzə doğma yurdda xoş anlar yaşadır.


Bildirilir ki, ən əsası Laçının daim inkişaf etməsidir. Şəhər ilbəil gözəlləşir və gələcəyə böyük inamla addımlayır. Bu videoçarx Laçının hazırkı müsbət durumunu və davamlı inkişaf prosesini əks etdirir.


O
Regional siyasət müxbiri

Yerli özünüidarə və regional siyasət haqqında yazıram. Bakıdan kənarda da nələr olduğunu bilmək vacibdir.

Bütün məqalələrə baxın
Paylaş: