Koreyalı deputat bu hərəkəti ilə ölkəsində gündəmə çevrildi

31.10.2025 16:05 8 baxış sayı 1 dəq. oxuma Trend
Koreyalı deputat bu hərəkəti ilə ölkəsində gündəmə çevrildi

Cənubi Koreyalı deputat Yu Yön Ha Milli Assambleyanın iclası zamanı etdiyi qeyri-adi hərəkətlə ölkə gündəminə düşüb. “Xalq partiyası”nın nümayəndəsi olan deputat rəsmi iclas keçirilərkən noutbukunda qorilla şəkli çəkib. Onun bu davranışı ictimaiyyətdə geniş müzakirəyə səbəb oldu.


Məlumatda deyilir ki, parlament üzvü daşınmaz əmlak sahəsində audit haqqında məruzəni dinləməli idi. Lakin o, bu hesabatı izləmək əvəzinə, kompüterində “qorilla” sözünü axtarışa verib. O, ekranda görünən primatın rəsmini çəkməyə başlayıb. Parlamentari diqqəti tamamilə yayındırıb.


Deputat Yu Yön Ha əvvəlcə hərəkətinin heç bir məna daşımadığını bildirsə də, sonradan bu davranışına görə rəsmi şəkildə üzrxahlıq etməli olub. Bu hadisə Cənubi Koreya siyasətində fərqli bir insident kimi yadda qalıb.


K
İnsan hüquqları müxbiri

İnsan hüquqları və vətəndaş cəmiyyəti mövzularında ixtisaslaşmışam. Bu sahədə qeyri-hökumət təşkilatlarında da işləmişəm.

Bütün məqalələrə baxın
Paylaş: