
İran səfiri: Azərbaycanın qələbəsi ikitərəfli əlaqələrdə yeni imkanlar yaradıb
                            
                        Azərbaycanın qələbəsi həm iqtisadi, həm də digər sahələr üzrə ikitərəfli əlaqələrdə yeni imkanlar yaradıb. Bu sözləri Naxçıvanda səfərdə olan İranın Azərbaycandakı səfiri Müctəba Dəmirçilu yerli büroya açıqlamasında deyib.
Səfir bildirib ki, Azərbaycan-İran münasibətlərində Naxçıvan çox mühüm yer tutur. O, əlaqələrin tarixi zəminini xatırladıb. Müctəba Dəmirçilu deyib ki, 1992-ci ildə Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin İrana səfəri çərçivəsində böyük razılaşmalar əldə edilmişdi. Həmin razılaşmalar əsasında əlaqələr çox inkişaf edib.
Daha sonra səfir Azərbaycanın Qələbəsi və işğal olunmuş torpaqların azad edilməsi ilə yaranan yeni şəraitə diqqət çəkib. O qeyd edib ki, bu hadisə ikitərəfli əlaqələrdə yeni imkanlar yaradıb. Biz çalışmalıyıq ki, bu yeni imkanlardan səmərəli istifadə edək. Məqsəd iki xalqı bir-birinə daha da yaxınlaşdırmaq və iki dost, qardaş ölkənin əlaqələrini daha da dərinləşdirməkdir. Səfir vurğulayıb ki, bu prosesdə Naxçıvanın xüsusi rolu var və biz bu imkanlardan istifadə etməliyik.
İnsan hüquqları və vətəndaş cəmiyyəti mövzularında ixtisaslaşmışam. Bu sahədə qeyri-hökumət təşkilatlarında da işləmişəm.
Bütün məqalələrə baxınOxşar xəbərlər

Azərbaycan səfiri İran XİN-də ikitərəfli əlaqələri...
Bugun.az

Səfir İran-Azərbaycan parlamentlərarası dostluq qr...
Bugun.az

Mikayıl Cabbarov İran səfiri ilə görüşdü -
Son Xeberler
                                                                İran səfiri: Sərhəddə gələn aylarda yeni keçid mən...
Azəri Xəbər

Hikmət Hacıyev Pakistan səfiri ilə görüşdü
Bugun.az

İran səfirindən Azərbaycana təbrik -
Son Xeberler
                                        


