İran hərbi gəmiləri Bakı limanını tərk edib

18.10.2025 08:03 5 baxış sayı 1 dəq. oxuma APA
İran hərbi gəmiləri Bakı limanını tərk edib

İran Hərbi Dəniz Qüvvələrinin (HDQ) gəmiləri və şəxsi heyəti Azərbaycandakı missiyasını başa çatdırıb. Onlar oktyabrın 18-də Bakı limanını tərk etdi.


İran HDQ-nin nümayəndə heyəti və gəmiləri ölkəmizdə "AZIREX-2025" adlı birgə axtarış-xilasetmə təlimində iştirak etmək məqsədilə gəlmişdi. Bu birgə hərbi təlimdə iştirak edən heyət, təlimlər tamamlandıqdan sonra yola düşdü. Məsələ ilə bağlı məlumat Müdafiə Nazirliyindən açıqlanıb.


S
Beynəlxalq münasibətlər analitiki

Xarici siyasət və regional təhlükəsizlik mövzularında yazıram. Dünya siyasətini izləmək və Azərbaycanla əlaqələndirmək maraqlıdır.

Bütün məqalələrə baxın
Paylaş: