
Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Mədəniyyət Nazirliyinin tabeliyindəki musiqi məktəbləri üçün tam yeni musiqi alətləri alınıb. Bu layihə gənc istedadların daha keyfiyyətli təhsil almalarına, musiqi məktəblərinin inkişafına və musiqi mədəniyyətinin gələcək nəsillərə çatdırılmasına xidmət edir. Layihə çərçivəsində alınan alətlərin nümayişi üçün Heydər Əliyev Mərkəzində xüsusi təqdimat mərasimi keçirilib. Tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidentləri Leyla Əliyeva, Arzu Əliyeva və Alena Əliyeva iştirak ediblər.
Bu dəstək çərçivəsində Bakı ilə yanaşı, regionlardakı bir sıra musiqi məktəbləri üçün 11 adda 70-dən çox musiqi aləti alınıb. Bu kolleksiyada tar, kamança, qanun, və nağara kimi milli alətlər yer alır. Eyni zamanda, skripka, violonçel, royal, və pianino kimi Qərb musiqisi alətləri də təmin olunub. Bu musiqi alətləri həm yerli ustaların əl işləridir, həm də musiqi alətlərinin istehsalı sahəsində dünyanın aparıcı ölkələrindən sifariş olunan nümunələrdir. Alınanlar arasında “Carlovy” violonçelləri və skripkaları, Avropanın akustik piano və royalların istehsalı sahəsində başlıca firması olan “Petrof” royalları, eləcə də “Yamaha” pianoları var.
Təqdimat mərasimində Mədəniyyət naziri Adil Kərimli çıxış edib. O, Azərbaycanın Birinci vitse-prezidenti və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə reallaşan bu layihənin paytaxt və regionlardakı musiqi təhsili üçün əhəmiyyətindən danışıb. Nazir, Fondun mədəniyyətə, incəsənət xadimlərinə və xüsusilə gənc istedadların inkişafı və təhsilinə göstərdiyi daimi diqqətə görə təşəkkürünü bildirib. Rəsmi hissədən sonra Mədəniyyət Nazirliyinin tabeliyindəki musiqi məktəblərinin şagirdləri qısa bir konsertlə çıxış edərək mərasimi tamamlayıblar.
Təhsil sistemi və təhsil islahatları haqqında yazıram. Müəllim kimi işlədikdən sonra bu sahədə jurnalist oldum.
Bütün məqalələrə baxınEtiketlər
Oxşar xəbərlər

Heydər Əliyev Fondunun dəstəyi ilə tədbir keçirild...
Bugun.az

Mehriban Əliyeva 12 şəhid hərbçi ilə bağlı tapşırı...
Son Xeberler

Leyla Əliyeva İsmayıllı rayonuna səfərindən görünt...
Bugun.az

Leyla Əliyeva STEAM İnnovasiya Mərkəzini ziyarət e...
Bugun.az

Oquldjaxan Atabayeva Heydər Əliyev Mərkəzində olub
Bugun.az

“Mənim ürəyim Şuşa” təqdim olundu -
Son Xeberler
 
                                        


