
Hamilənin ölümünə səbəb olmaqda təqsirləndirilən həkimin cəzası azaldılıb

Hamilənin ölümünə səbəb olmaqda təqsirləndirilən Masallı rayon Mərkəzi Xəstəxanasının 70 yaşlı həkim-anestezioloqu Nofəl Səlimovla bağlı verilən hökmdən apellyasiya şikayəti üzrə məhkəmə prosesi yekunlaşıb. Proses Şirvan Apellyasiya Məhkəməsində hakim Yaşar Həşimovun sədrliyi ilə keçirildi. Məhkəmədə həkim özünə tamamilə bəraət verilməsini xahiş etsə də, məhkəmə onun istəyini təmin etməyib. Bunun əvəzinə, məhkəmə ittihamı yenidən tövsif edərək cəzanı yüngülləşdirdi. Bu qərarla Nofəl Səlimovun cəzası həm əsas, həm də əlavə cəzaya münasibətdə 6 ay azaldılıb.
Apellyasiya Məhkəməsi ilkin verilmiş ittiham üzrə Cinayət Məcəlləsinin 314.2-ci maddəsini məcəllənin 142.4-cü maddəsinə tövsif etdi. Cinayət Məcəlləsinin 142.4-cü maddəsi tibbi xidmətin göstərilməsi qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda tətbiq edilir. Masallı Rayon Məhkəməsinin ilkin qərarına görə, Səlimova 2 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdi. Məhkəmə həmçinin həkimin 2 il müddətinə peşə fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum edilməsi barədə qərar vermişdi. Həmin cəza Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilərək 1 il 6 ay sınaq müddəti seçilməklə şərti hesab olunmuşdu.
Hadisə 2024-cü ilin noyabr ayında baş vermişdi. 29 yaşlı Elnurə Kərimli 38 həftəlik hamiləliklə Masallı rayon Mərkəzi Xəstəxanasının doğum şöbəsinə daxil olmuşdu. O, keysəriyyə əməliyyatı keçirib. Körpəsi sağlam doğulsa da, qadının vəziyyəti pisləşmişdi. Onda qıcolma yaranmışdı. Vəziyyəti kritik olan pasiyent daha sonra Bakıya, Respublika Kliniki Xəstəxanasına göndərildi, lakin orada dünyasını dəyişdi. Faktla bağlı Cinayət Məcəlləsinin 314.2-ci maddəsi (səhlənkarlıq) ilə cinayət işi açılmışdı. Məhkəmə prosesi həkimin tibbi xidmət zamanı yol verdiyi səhlənkarlıq iddialarını araşdırırdı.
İnsan hüquqları və vətəndaş cəmiyyəti mövzularında ixtisaslaşmışam. Bu sahədə qeyri-hökumət təşkilatlarında da işləmişəm.
Bütün məqalələrə baxınEtiketlər
Oxşar xəbərlər

Yüz min manatlıq dələduzluqda ittiham edilən şəxsi...
Azəri Xəbər
Nəzrin Mansurlunun ölümünə görə həbs olunan həkimi...
Azəri Xəbər

Sinif yoldaşının ölümündə təqsirləndirilən yeniyet...
Azəri Xəbər

Alimpaşa Məmmədovun Cəzası Azaldılıb
Bugun.az

Gəncədə qanlı insident - Ölən və yaralanan var
Bugun.az

Bəkir Orucovla bağlı qərar verildi
Bugun.az



