Gədəbəyin bu kəndlərində yanğın başlayıb - FHN (FOTO)

10.11.2025 10:45 4 baxış sayı 2 dəq. oxuma Trend
Gədəbəyin bu kəndlərində yanğın başlayıb - FHN (FOTO)

Fövqəladə Hallar Nazirliyi (FHN) Gədəbəy rayonunun dağlıq ərazisində ciddi yanğın hadisəsi barədə məlumat yayıb. Nazirliyin “112” qaynar telefon xəttinə daxil olan məlumata görə, yanğın Dördlər və Mormor kəndləri istiqamətində başlayıb.


Məlumat alındıqdan sonra əraziyə dərhal müdaxilə edildi. FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Gədəbəy rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olundu. Yanğınsöndürmə işləri ərazinin mürəkkəb relyefi və mütəmadi olaraq güclənən külək səbəbindən çətinliklə aparılır.


Bütün çətinliklərə baxmayaraq, yanğınla mübarizə tədbirləri fasiləsiz şəkildə davam etdirilir. Alovun söndürülməsi prosesi əsasən əl üsulu ilə həyata keçirilir. Hazırda bu əməliyyatlara təkcə FHN qüvvələri deyil, həm də Azərbaycan Ordusunun hərbi qulluqçuları cəlb edilib, birgə işlər görülür. Yanğının nəticələri və söndürülməsi barədə əlavə məlumat veriləcək.


T
Baş texnologiya şərhçisi

Texnologiya jurnalistikası ilə məşğulam. Əvvəllər İT şirkətində işləyirdim, amma yazmaq daha çox xoşuma gəldi. İndi hər iki dünyamı birləşdirə bilirəm...

Bütün məqalələrə baxın
Paylaş: