Füzuli Dövlət Dram Teatrının direktoru vəfat edib

04.11.2025 17:06 13 baxış sayı 1 dəq. oxuma Report
Füzuli Dövlət Dram Teatrının direktoru vəfat edib

Füzuli Dövlət Dram Teatrının direktoru, uzun illər mədəniyyət sahəsində xidmət etmiş Əməkdar mədəniyyət işçisi Vaqif Vəliyev vəfat edib.


Bu kədərli məlumatı mediaya onun oğlu Səbuhi Vaqifoğlu verib. O, atasının vəfatı ilə bağlı detalları açıqlayıb.


Səbuhi Vaqifoğlunun sözlərinə görə, atası bu gün günorta saatlarında müalicə aldığı xəstəxanadan evə buraxılmışdı. Lakin evə qayıtdıqdan sonra vəziyyəti qəfil dəyişib və pisləşib. Teatr direktoru Vaqif Vəliyev bu pisləşmədən sonra dünyasını dəyişib.


A
Musiqi müxbiri

Musiqi sənayesi və konsert həyatı haqqında yazıram. Muğam, pop, rok - hər bir janr öz hekayəsinə malikdir.

Bütün məqalələrə baxın
Paylaş: