FHN: "AFEN Plaza"da baş verən partlayışın səbəbləri araşdırılır

24.11.2025 07:03 5 baxış sayı 2 dəq. oxuma APA
FHN: "AFEN Plaza"da baş verən partlayışın səbəbləri araşdırılır

Bakı şəhəri, Nərimanov rayonu, Ə.Rəcəbli küçəsində yerləşən beşmərtəbəli binada - "AFEN Plaza" biznes mərkəzində baş verən partlayışın səbəbləri araşdırılır. Fövqəladə Hallar Nazirliyi (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin Çevik Xilasetmə İdarəsinin rəisi Toğrul Mehdiyev jurnalistlərə açıqlamasında bu məlumatı təsdiqləyib.


Partlayış baş verdiyi anda dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətləri, həmçinin Bakı Regional Mərkəzinin qüvvələri cəlb edilib. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən edildi ki, beşmərtəbəli ofis binasında baş verən partlayış yanğınla müşayiət olunmayıb. Bununla belə, hadisə nəticəsində dağıntıların yarandığı müəyyənləşib.


FHN qüvvələri tərəfindən operativ xilasetmə əməliyyatı həyata keçirildi. Bu əməliyyat sayəsində 7 nəfər xilas edilib. Xilasetmədən sonra ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb. Hazırda hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən tam araşdırma aparılır.


O
Regional siyasət müxbiri

Yerli özünüidarə və regional siyasət haqqında yazıram. Bakıdan kənarda da nələr olduğunu bilmək vacibdir.

Bütün məqalələrə baxın
Paylaş: