"Expressbank" Ağdamda "Zəfər naminə" ağacəkmə aksiyası keçirib

07.11.2025 07:27 6 baxış sayı 3 dəq. oxuma Report
"Expressbank" Ağdamda "Zəfər naminə" ağacəkmə aksiyası keçirib

“Expressbank” ASC sosial məsuliyyət strategiyasına sadiq qalaraq ənənəvi ağacəkmə aksiyasını bu il 44 Günlük Vətən Müharibəsindəki zəfərin 5-ci ildönümünə həsr edib. “Təbiətə qayğı – Gələcəyə miras” layihəsi çərçivəsində həyata keçirilən bu tədbir “Zəfər naminə!” şüarı altında təşkil edildi. Aksiyanı bankın əməkdaşları Zəfər Günü münasibətilə Ağdamın Sarıcalı kəndində təşkil etdilər. Təşkilat işləri Ağdam, Füzuli və Xocavənd rayonlarında Prezidentin xüsusi nümayəndəliyinin dəstəyi ilə baş tutdu. Bu aksiyanın məqsədi ölkəmizin azad edilmiş torpaqlarında ekoloji tarazlığın bərpasına dəstək vermək və yaşıllıqları artırmaqdır.


Ağacəkmə aksiyası çərçivəsində əraziyə 200 ədəd uzunömürlü ağac növü əkildi. Əkilən ağaclar arasında Yapon əzgili, Xan çinarı və Eldar şamı kimi iqlim şəraitinə uyğun növlər var idi. Bu təşəbbüs azad edilmiş torpaqlarda ekoloji tarazlığın bərpasına töhfə verməklə yanaşı, şəhidlərin xatirəsinə də ehtiram rəmzi kimi həyata keçirildi. Layihə “Expressbank”ın dayanıqlı bankçılıq prinsiplərinə əsaslanır. Bank cəmiyyətə, ətraf mühitə və gələcək nəsillərə dəyər qatmağı əsas məqsəd kimi qarşısına qoyur. Sosial məsuliyyət strategiyası çərçivəsində həyata keçirilən bu cür ekoloji təşəbbüslər ətraf mühitin qorunmasına və dayanıqlı inkişaf məqsədlərinin reallaşmasına daim dəstək göstərir.


Bu il “Expressbank” Böyük Zəfərin 5-ci ildönümünün əhəmiyyətini vurğulayan bir sıra silsilə tədbirlər həyata keçirib. Bank bu tədbirlər çərçivəsində “YAŞAT” Xeyriyyə Marafonuna 50 000 manat ianə ilə qoşuldu. Bu ianə ilə bank şəhid övladlarının təhsil imkanlarının genişlənməsinə və onların gələcəyinin formalaşmasına qayğısını ifadə etdi. Bank həyata keçirdiyi ekoloji fəaliyyətlər ilə ölkənin yaşıl gələcəyinə töhfə verməyə çalışır.


S
İqtisadi analitik

İqtisadiyyat sahəsində 10 ildir analitik işləyirəm. Maliyyə bazarları və investisiya mövzuları mənim ixtisasımdır. BSU-nun İqtisadiyyat fakültəsini bi...

Bütün məqalələrə baxın
Paylaş: