
ƏSF: Son illərdə Fond fəaliyyətini rəqəmsal innovasiyalara uyğun şəkildə modernləşdirir
 
                            
                        Əmanətlərin Sığortalanması Fondu (ƏSF) son illər ərzində fəaliyyətini beynəlxalq təcrübə və rəqəmsal innovasiyalar əsasında yeniləyir. Fondun açıqlamasına görə, oktyabrın 31-i dünyada "Beynəlxalq Əmanət Günü" kimi qeyd edilir. Bu gün 1924-cü ildə İtaliyanın Milan şəhərində keçirilən Beynəlxalq Əmanət Bankları Konqresində təsis edilib. Əsas məqsəd cəmiyyətdə qənaət mədəniyyətini yaratmaq, vətəndaşları gələcəyi düşünərək yığım vərdişlərinə təşviq etmək, eyni zamanda maliyyə sisteminə inamı artırmaq idi. Birləşmiş Millətlər Təşkilatı daha sonra Əmanət Gününü rəsmi statusla tanıyıb. Bu gün iqtisadi sabitliyin və sosial rifahın əsas dəyərlərini xatırladır.
Müasir dövrdə əmanətlərin sığortalanması mexanizmi maliyyə təhlükəsizliyinin əsas dayağıdır. Əmanətlərin sığortalanması sistemi vətəndaşların vəsaitlərini risklərdən qoruyur. Bu, həm də bank sektoruna olan etimadı gücləndirir, dayanıqlı iqtisadi inkişaf üçün zəmin yaradır. Beynəlxalq təcrübə göstərir ki, əmanətlərin sığortalandığı ölkələrdə maliyyə sisteminə etimad, investisiya fəallığı və yığım meylləri daha yüksək olur. Azərbaycanda bu sahədə vacib addım 2006-cı ildə "Əmanətlərin sığortalanması haqqında" Qanunun qəbulu ilə atıldı. Qanun əmanətlərin sığortalanması mexanizminin hüquqi əsaslarını təsbit etdi, əmanət vəsaitlərinin təhlükəsizliyini təmin edən institusional baza yaratdı. Nəticədə ölkəmizdə əmanətçilərin hüquqlarının müdafiəsi, bank sektorunda şəffaflıq və məsuliyyət prinsipləri daha da möhkəmləndi.
Həmin qanuna əsasən yaradılmış Əmanətlərin Sığortalanması Fondu (ƏSF) bütün sistemin səmərəli işləməsinə zəmanət verir. Fondun əsas missiyası banklarda sığorta hadisəsi baş verdiyi zaman əmanətçilərə kompensasiyaları qanunla müəyyən edilmiş müddətdə ödəməkdir. ƏSF maliyyə sabitliyinin qorunmasında, bank sisteminin etibarlılığının artırılmasında aktiv iştirak edir. Son illərdə Fond öz fəaliyyətini beynəlxalq təcrübələrə uyğunlaşdıraraq modernləşdirib. Kompensasiyaların mümkün olan ən qısa vaxtda ödənilməsi, proseslərdə şəffaflıq və avtomatlaşdırma təmin olunur. Məlumat mübadiləsinin rəqəmsal sistemlərə inteqrasiyası və maliyyə savadlılığının artırılması layihələri ƏSF-nin işində yeni bir mərhələdir. Bu tədbirlər əmanətçilərin məmnuniyyətini artırır, ölkədə bank sisteminə olan etimadı daha da gücləndirir.
Sahibkarlıq və kiçik-orta biznes mövzularında yazıram. Startapların və yerli istehsalçıların uğur hekayələrini izləmək xoşuma gəlir.
Bütün məqalələrə baxınOxşar xəbərlər

IMF Azərbaycanın qeyri-neft-qaz iqtisadiyyatının a...
Azəri Xəbər

JPMorgan Blokçeyn Əsaslı İlk Özəl Fond Əməliyyatın...
Kripto

Teucrium CEO-su: XRP-yə Kütləvi Maraq var, ETF-imi...
Kripto

Deutsche Digital Assets və Safello, SIX İsveç Birj...
Kripto

XDC Şəbəkəsi "Contour"u Satın Aldı: Ticarət Maliyy...
Kripto

Bakıda bir sıra marşrut xətlərinin fəaliyyəti bərp...
Xəbər Anı
 
                                        


