Ermənistan pasport möhürlərindən Ağrıdağ təsvirini çıxarıb

01.11.2025 15:55 9 baxış sayı 2 dəq. oxuma Trend
Ermənistan pasport möhürlərindən Ağrıdağ təsvirini çıxarıb

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin sərhədçiləri pasportlara vurulan möhürlərdə dəyişiklik edib. Noyabrın 1-dən etibarən istifadə edilən yeni giriş və çıxış möhürlərində Ağrıdağ dağ silsiləsinin təsviri artıq yer almır. Ölkə mətbuatında dərc edilən video və foto materiallar bu dəyişikliyi təsdiqləyir.


Yeni möhürlərin dizaynı daha çox ölkənin hava limanına və beynəlxalq səyahətə fokuslanıb. Təsvirlərə təyyarə şəkli, həmçinin ingilis dilində "Zvartnots" yazısı əlavə olunub. Möhürlərdə İrəvan Beynəlxalq Hava Limanının adı, eləcə də ölkənin adı – "Armenia" sözü həm erməni, həm də ingilis dillərində əks olunur.


Qeyd edək ki, Ağrıdağ dağı coğrafi cəhətdən Türkiyənin şərqində, Van gölünün şimal hissəsində yerləşir. Pasport möhürlərində bu təsvirin çıxarılması qərarı daha əvvəl rəsmiləşmişdi. Bu qərar Ermənistan Nazirlər Kabinetinin sentyabrın 11-də keçirilən iclasında qəbul edilmişdi və noyabrın əvvəlindən icrasına başlandı.


O
Regional siyasət müxbiri

Yerli özünüidarə və regional siyasət haqqında yazıram. Bakıdan kənarda da nələr olduğunu bilmək vacibdir.

Bütün məqalələrə baxın
Paylaş: