
Ərəstun Oruclu Baş Prokurorluğa çağırılıb
Ölkə xaricində yaşayan Ərəstun Oruclu Baş Prokurorluğa rəsmi şəkildə çağırılıb. Baş Prokurorluğun bununla bağlı rəsmi təqdimatı İctimai Televiziyada (İTV) yayılıb. Cinayət Məcəlləsinin 467-13.4-cü maddəsinə uyğun olaraq, Ə.Orucluya Baş Prokurorluğun İstintaq İdarəsinə gəlməsinə dair rəsmi bildiriş göndərilib. Bu bildirişə əsasən, Oruclu 2025-ci il noyabrın 21-də saat 14:00-da Bakı şəhəri, Binəqədi rayonunda yerləşən Baş Prokurorluğun İstintaq Baş İdarəsinə gəlməlidir. Müəyyən edilib ki, Ə. Oruclu istintaqdan qaçaraq Azərbaycandan kənarda gizlənir.
Onun barəsində əvvəlcə Cinayət Məcəlləsinin 281.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlbetmə haqqında qərar qəbul edilmişdi. Bu maddə dövlət əleyhinə yönələn açıq çağırışları (təkrar və ya bir qrup şəxs tərəfindən törədildikdə) əhatə edir. O, gizləndiyi üçün barəsində ittiham elan edilməsi ilə bağlı axtarış elan olunub. Binəqədi Rayon Məhkəməsi bu il fevralın 23-də çıxardığı qərarla barəsində qiyabi həbs qətimkan tədbiri seçib. Lakin sentyabrın 18-də ittihamın məzmununa əlavələr və dəyişikliklər edilib. Yeni qərara görə, Ə.Oruclu Cinayət Məcəlləsinin həm 220.2-ci, həm də 281.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilib.
Prokurorluq onun fəaliyyətinin təfərrüatlarını da açıqlayıb. Bildirilib ki, o, 2023-cü il yanvarın 4-də "YouTube" platformasında "Ərəstun Oruclunun kanalı" adlı kanalda, eləcə də 2024-cü il oktyabrın 24-də "Azərfreedom TV" adlı kanalda çıxışlar edib. O, qeyriləri ilə qabaqcadan əlbir olaraq, Azərbaycanda qanuni əsaslarla formalaşmış mövcud hakimiyyətə qarşı zor tətbiqinə çıxmağı təşviq edən açıq çağırışlar edib və yayıb. Təqsirləndirilən şəxsə xəbərdarlıq edilir ki, çağırışa gəlmədiyi halda barəsində qiyabi icraat açıla bilər. Bu zaman məhkəmə qiyabi hökm və ya digər yekun qərar çıxarmaq hüququna sahib olacaq.
İnsan hüquqları və vətəndaş cəmiyyəti mövzularında ixtisaslaşmışam. Bu sahədə qeyri-hökumət təşkilatlarında da işləmişəm.
Bütün məqalələrə baxınOxşar xəbərlər
Altay Göyüşov Baş Prokurorluğa çağırılıb
Azəri Xəbər

ABŞ-da yaşayan Vaqif Allahverdiyev də Baş Prokuror...
Azəri Xəbər

Fərman İsmayılovun nəşi Baş Prokurorluğa təhvil ve...
Son Xeberler

Savaşa ciddi hazırlıq gedir: Yazda baş verəcək...
Son Xeberler

Qabil Məmmədov Baş Prokurorluğa çağırıldı -VİDEO
Bugun.az

Rusiya səfiri Almaniya XİN-ə çağırıldı
Bugun.az



