Emin Hüseynov amerikalı diplomatla gələcək əməkdaşlıq imkanlarını müzakirə edib

24.10.2025 13:56 10 baxış sayı 1 dəq. oxuma Report
Emin Hüseynov amerikalı diplomatla gələcək əməkdaşlıq imkanlarını müzakirə edib

Azərbaycan Prezidentinin Ağdam, Füzuli və Xocavənd rayonları üzrə xüsusi nümayəndəsi Emin Hüseynov ABŞ-ın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Emi Karlon ilə görüşüb. Bu görüşdə tərəflər iki ölkə arasında gələcək əməkdaşlıq imkanlarını ətraflı müzakirə ediblər.


Görüş barədə məlumatı Xüsusi Nümayəndəlik özünün sosial media hesabında yayıb. Qeyd olunur ki, danışıqlarda Emi Karlonla yanaşı, ABŞ səfirliyinin bir neçə əməkdaşı da iştirak edirdi.


Əsas müzakirə mövzularından biri də işğaldan azad edilmiş ərazilərə səfərlər və bu regionlarda həyata keçiriləcək layihələrə dair birgə işlərin koordinasiyası olub. Tərəflər azad edilmiş rayonlarda həyata keçirilən yenidənqurma işləri kontekstində əlaqələrin inkişaf etdirilməsi yollarını nəzərdən keçiriblər.


O
Regional siyasət müxbiri

Yerli özünüidarə və regional siyasət haqqında yazıram. Bakıdan kənarda da nələr olduğunu bilmək vacibdir.

Bütün məqalələrə baxın
Paylaş: