
Elçin Hüseynli: Azərbaycan Nepalla əməkdaşlığı genişləndirməkdə qətiyyətlidir

Azərbaycan Nepalla bir sıra mühüm sahələrdə əməkdaşlığı genişləndirməkdə, dövlət idarəçiliyi və infrastrukturun inkişafı sahəsində təcrübə mübadiləsi aparmaqda qətiyyətlidir. Bu barədə Azərbaycanın Nepaldakı səfiri Elçin Hüseynli "Nepal Khabar" üçün yazdığı məqalədə bildirir. Səfir qeyd edir ki, Azərbaycan regionun aparıcı siyasi və iqtisadi qüvvəsi kimi son dövrlərdə Nepalla ikitərəfli münasibətləri sürətləndirib. Uzun illərdir ki, ölkələr BMT və Qoşulmama Hərəkatı kimi çoxsahəli formatlarda uğurlu əməkdaşlıq edirlər. Həmçinin Nepal 2025-ci il avqustun 8-də Vaşinqton razılaşmalarının nəticələrini rəsmi şəkildə alqışlayan ölkələrdən biri olub. Azərbaycan-Nepal əlaqələrinin güclənməsi hər iki tərəf üçün faydalıdır.
Diplomat Azərbaycanın hərbi nailiyyətlərini və sonrakı sülh təşəbbüslərini xatırladıb. Noyabrın 8-də ölkə 44 günlük Vətən müharibəsindəki Zəfərin beşinci ildönümünü qeyd edir. Cəmi 44 gün ərzində Azərbaycan mədəniyyətinin beşiyi sayılan Şuşa daxil olmaqla 300-dən çox yaşayış məntəqəsi işğaldan azad edildi. Qələbədən dərhal sonra Azərbaycan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və minatəmizləmə işlərinə başladı. Bu işlərin əsas məqsədi "Böyük Qayıdış" proqramı çərçivəsində yüz minlərlə məcburi köçkünün təhlükəsiz şəkildə geri dönməsi üçün şərait yaratmaqdır.
Azərbaycan döyüş meydanında qələbə qazansa da, artıq 2020-ci ilin noyabr ayında regionda sülh təklifləri ilə çıxış etdi. Bakı bəyan edib ki, onun baxışı və yanaşması davamlı sülh quruculuğuna əsaslanır. İntensiv danışıqlar nəticəsində 2025-ci il avqustun 8-də Vaşinqtonda tarixi görüş baş tutdu. Həmin görüşdə Azərbaycan və Ermənistan liderləri ABŞ Prezidentinin iştirakı ilə Birgə Bəyannamə imzaladılar. Səfir bildirib ki, Azərbaycanın Cənubi Qafqazda yaratdığı yeni geosiyasi reallıq Cənubi Asiya ölkələri, o cümlədən Nepalla daha geniş iqtisadi əməkdaşlığa imkanlar verir. Bu, həm regional sabitlik, həm də iqtisadi inkişaf üçün vacibdir.
Elçin Hüseynli bu əlamətdar gündə - yeni sülh və rifah dövrünün təməlini qoyan Zəfərin beşinci ildönümündə əməkdaşlığı daha da gücləndirməyə hazır olduqlarını vurğulayıb. Azərbaycan hazırda Nepalla dövlət idarəçiliyi, infrastrukturun inkişafı, institusional modernləşdirmə, rəqəmsal innovasiyalar, enerji keçidi və təhsil kimi sahələri əhatə edən praqmatik əməkdaşlığı genişləndirməyə həmişəkindən daha çox meyillidir. Təcrübə mübadiləsi bu əməkdaşlığın ən mühüm hissəsidir. Ölkəmiz bu sahələrdə mühüm bilikləri bölüşməyə hazırdır.
Yerli özünüidarə və regional siyasət haqqında yazıram. Bakıdan kənarda da nələr olduğunu bilmək vacibdir.
Bütün məqalələrə baxınEtiketlər
Oxşar xəbərlər

Əli Hüseynli Macarıstan Prezidenti tərəfindən orde...
Bugun.az

Çin Avropa Birliyi ilə İqtisadi Əməkdaşlığı İnkişa...
Son Xeberler

Birinci Qarabağ müharibəsində itkin düşən hərbçi E...
Azəri Xəbər

Arvadını və körpə qızını öldürməkdə təqsirləndiril...
AzMedia

Ana Vətən Partiyasının qurultayındakı qalmaqalınVİ...
Bugun.az

Birinci Qarabağ müharibəsinin itkin şəhidi Elçin Q...
Azəri Xəbər



