
DTX Akademiyasında “Zəfər Günü” və “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş konfrans keçirilib

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Heydər Əliyev adına Akademiyasının Muzeyində “Zəfər Günü” və “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş respublika elmi-praktik konfransı baş tutdu. Tədbir “Azərbaycanda demokratik respublika modelinin təşəkkül tarixi: dövlət rəmzlərinin təsis edilməsindən dövlət suverenliyinin tam əldə edilməsinə aparan yol” mövzusunu əhatə edirdi. Konfransda Akademiyanın və digər xüsusi təyinatlı ali təhsil müəssisələrinin rəhbər şəxsləri, professor-müəllim heyətləri iştirak edirdilər. Qonaqlar arasında Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, həmçinin Vətən müharibəsi iştirakçıları və təhlükəsizlik orqanlarının veteranları da vardı. Əvvəlcə iştirakçılar Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət etdilər, abidə önünə gül dəstələri düzərək Ulu Öndərin xatirəsini dərin ehtiramla andılar.
Konfrans açıq elan olunduqdan sonra Heydər Əliyevin, eləcə də Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş qəhrəman Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi, Dövlət Himni səsləndi. Tədbirdə giriş nitqi ilə çıxış edən Akademiyanın rəisi general-mayor Elşad Nəsirov qonaqları salamladı. O, bu il noyabrın 8-də xalqımızın qazandığı tarixi Zəfərdən beş il ötdüyünü diqqətə çatdırdı. General qeyd etdi ki, Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinə milli kimliyin, azadlıq iradəsinin və müasir dövlətçiliyimizin simvolu kimi qızıl hərflərlə yazılıb. Natiq Heydər Əliyevin misilsiz səyləri ilə hüquqi, demokratik dövlət quruculuğu yoluna qədəm qoymuş müasir Azərbaycanın Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni inkişaf səviyyəsinə yüksəldiyini bildirdi.
General Nəsirovun sözlərinə görə, ölkə həm iqtisadi, həm də hərbi-siyasi baxımdan regionun lider dövlətinə çevrilib, öz ərazi bütövlüyünü və dövlət suverenliyini tam bərpa etməyə nail olub. Ardınca konfransın mövzusuna dair qısa videoçarx göstərildi. Daha sonra çıxış edən Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Azərbaycan Respublikasının müasir inkişafının, onun hüquqi və siyasi sisteminin formalaşmasının Ulu Öndər Heydər Əliyevin adı ilə sıx bağlı olduğunu söylədi. Ə. Hüseynli vurğuladı ki, XX əsrin sonlarında müstəqilliyini bərpa edən Azərbaycan üçün dövlət quruculuğu, hüquqi sistemin təşkili və konstitusion əsasların yaradılması həyati zərurət idi. O, 1995-ci ildə qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyasının Heydər Əliyev ideyalarının hüquqi təcəssümü olduğunu bildirdi.
Komitə sədri əlavə etdi ki, Heydər Əliyevin əsasını qoyduğu güclü dövlət və ordu quruculuğu siyasəti yaxşı nəticə verib. Prezident İlham Əliyev Ulu Öndərin siyasi kursunu müasir dövrün tələblərinə uyğun inkişaf etdirərək Azərbaycanı qalib, güclü və tam suveren dövlətə çevirib. Konfransda çıxış edən Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi, general-mayor Qulu Novruzov Heydər Əliyevin xalqın milli yaddaşında dövlətin qurucusu, sabitliyin və müstəqilliyin təminatçısı kimi həkk olunduğunu qeyd etdi. O, ötən əsrin 90-cı illərinin əvvəllərindəki mürəkkəb tarixi şəraitdə Ulu Öndərin siyasi iradəsinin Azərbaycanı dağılmaq təhlükəsindən xilas etdiyini söylədi. Q. Novruzov Prezident İlham Əliyevin Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı olaraq Azərbaycan dövlətçiliyinin yeni mərhələsini - Zəfər və Suverenlik dövrünü yaratdığını bildirdi.
Daha sonra “Qarabağ” və “Azərbaycan bayrağı” ordenli Vətən müharibəsi iştirakçısı polkovnik Nəsimi Şadmanov söz aldı. O, Ulu Öndər Heydər Əliyevin dövlətçiliyin əsas sütunlarını yaratmaqla yanaşı, müasir Azərbaycan Ordusunun təməlini də formalaşdırdığını qeyd etdi. N. Şadmanov ölkə başçımızın qətiyyəti və xalqla ordunun birliyi nəticəsində Vətən müharibəsində şanlı Zəfərin əldə edildiyini vurğuladı. Şəhidlərimiz 44 gün davam edən Vətən müharibəsində və lokal antiterror əməliyyatlarında canlarını fəda edərək, xalqımızın azadlıq salnaməsini yazdılar. Polkovnik Şadmanov əlavə etdi ki, Prezident İlham Əliyevin fəaliyyəti nəticəsində müstəqil Azərbaycanın hərbi-siyasi qüdrəti durmadan artır, ordumuz davamlı olaraq ən müasir silahlarla təchiz olunur, hərbçilərin sosial vəziyyəti günü-gündən daha da yaxşılaşdırılır. Konfransın sonunda xatirə fotoşəkli çəkdirildi.
Xarici siyasət və regional təhlükəsizlik mövzularında yazıram. Dünya siyasətini izləmək və Azərbaycanla əlaqələndirmək maraqlıdır.
Bütün məqalələrə baxınEtiketlər
Oxşar xəbərlər

Xaçmazda Zəfər Gününə həsr olunan “Əsrə bərabər 44...
Azəri Xəbər

Zəfər Gününə Həsr Olunan Ağacəkmə Aksiyası: Polis...
Bugun.az

Mülki müdafiə qoşunlarında Zəfər Gününə həsr olunm...
Azəri Xəbər

Polis Akademiyasında “Zəfər təntənəsi” adlı kompoz...
Azəri Xəbər

Milli Məclisdə konfrans keçiriləcək
Bugun.az
Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycan...
Azəri Xəbər



