Dövlət Yanğından Mühafizə Xidməti “açıq qapı günü” keçirib - VİDEO

21.10.2025 08:23 8 baxış sayı 2 dəq. oxuma APA
Dövlət Yanğından Mühafizə Xidməti “açıq qapı günü” keçirib - VİDEO

Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən genişmiqyaslı “açıq qapı günü” tədbirləri təşkil edilib. Bu görüşlər 2 nömrəli Xüsusi Təyinatlı hissədə, həmçinin Sumqayıt şəhər Dövlət Yanğından Mühafizə İdarəsinin 20 və 22 nömrəli hissələrində baş tutub. Tədbirlərdə “İsabət Tədris Mərkəzi”, “Perla” və “Yumru” uşaq bağçalarından azyaşlılar və onların tərbiyəçiləri iştirak ediblər.


Nazirliyin Mətbuat xidmətinin məlumatına görə, tədbirlərin keçirilməsində əsas məqsəd uşaqların tam inkişafına, onların fiziki və mənəvi cəhətdən sağlam yetişməsinə kömək etmək olub. Eyni zamanda, azyaşlılarda təhlükəsiz həyat fəaliyyəti mədəniyyətini, ilkin yanğın təhlükəsizliyi biliklərini formalaşdırmaq vacib sayılırdı. Bu görüşlər yanğınsöndürənlərin peşə fəaliyyəti barədə məlumatlılıq səviyyəsinin artırılmasına xidmət edir.


“Açıq qapı günü” çərçivəsində iştirakçılar yanğınsöndürənlərin gündəlik rejim qaydaları və hissələrin fəaliyyəti haqqında ətraflı məlumat aldılar. Onlara ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları nümayiş etdirildi, əməkdaşların gündəlik məşqlərinin bir hissəsi əyani şəkildə göstərildi. Uşaqlar fövqəladə hallar zamanı istifadə edilən zəruri yanğınsöndürmə və digər qəza-xilasetmə texnika və avadanlıqları ilə yaxından tanış oldular. Onlar həmçinin fövqəladə hadisələr zamanı təhlükəsiz davranış qaydaları barədə öyrədildilər. Maraqlı keçən tədbir zamanı Dövlət Yanğından Mühafizə Xidməti əməkdaşları uşaqları maraqlandıran sualları cavablandırdılar.


Texnologiya redaktoru

Texnologiya sahəsində 8 ildir yazıram. Bakıda keçirilən ilk startap müsabiqələrinin birində iştirak edib, o vaxtdan bu mövzuya marağım daha da artıb....

Bütün məqalələrə baxın
Paylaş: