
Din xadiminə sui-qəsd hazırlamaqda təqsirləndirilən 3 nəfərin məhkəməsi başlayıb

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) apardığı cinayət işi üzrə din xadiminə sui-qəsd etməyə hazırlaşmaqda təqsirləndirilən üç şəxsin məhkəmə prosesinin hazırlıq iclası baş tutub. İttiham olunan şəxslər Nərminə Şabanova, Elvin Əhmədov və Naib İsmiyevdir. Bu şəxslər əvvəlcə DTX-nin keçirdiyi əməliyyat nəticəsində saxlanılıblar.
Məhkəmə prosesi bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Seyidovun sədrliyi ilə keçirilib. İclasda təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. Daha sonra Naib İsmiyevin vəkili məhkəməyə vəsatət təqdim edib. Vəkil işə yeni qoşulduğunu deyərək, cinayət işinin ağırlığını nəzərə alaraq prosesin təxirə salınmasını xahiş edib.
Məhkəmə heyəti vəsatəti təmin edib. Təqsirləndirilən şəxslərin hansı maddələrlə ittiham olunduğu da açıqlanıb. Nərminə Şabanova və Naib İsmiyev Cinayət Məcəlləsinin 28-ci (cinayətə hazırlıq) və 277-ci (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə) maddələri ilə ittiham olunurlar. Elvin Əhmədov isə qanunsuz olaraq silah gəzdirmə ittihamı ilə üzləşir, bu isə Cinayət Məcəlləsinin 228.2.1-ci maddəsində öz əksini tapıb. Növbəti proses 20 noyabr tarixinə təyin olunub.
İnsan hüquqları və vətəndaş cəmiyyəti mövzularında ixtisaslaşmışam. Bu sahədə qeyri-hökumət təşkilatlarında da işləmişəm.
Bütün məqalələrə baxınOxşar xəbərlər

Paşinyana sui-qəsddə ittiham olunurdu, sərbəst bur...
Son Xeberler

DTX tərəfindən həbs edilmiş, terroru maliyyələşdir...
Azəri Xəbər
Slovakiyanın Baş Naziri Robert Fikoya Sui-Qəsd Cəh...
Son Xeberler
Yaponiyanın sabiq Baş nazirinin qatili günahını et...
Azəri Xəbər

Slovakiyanın Baş Naziri Robert Fitsonu Vurmuş Jura...
Son Xeberler

Bakı Hərbi Məhkəməsində dövlətə xəyanətdə təqsirlə...
Azəri Xəbər



