
Dəniz nəqliyyatı sahəsində yeni mərhələyə keçid: Azərbaycan IALA Konvensiyasına qoşuldu (FOTO)

Azərbaycan “Dəniz Naviqasiya Avadanlıqları üzrə Beynəlxalq Təşkilat haqqında Konvensiya”ya (IALA) rəsmi qaydada qoşulub. Bu addım dəniz nəqliyyatı sahəsində beynəlxalq əməkdaşlığı gücləndirmək və dəniz üzgüçülüyünün təhlükəsizliyi üzrə qabaqcıl standartları tətbiq etmək məqsədi daşıyır. Prezident İlham Əliyev bununla bağlı Qanunu təsdiqləyib. Dövlət Dəniz və Liman Agentliyinin (DDLA) təşəbbüsü ilə Konvensiyaya üzvlük dəniz nəqliyyatı sahəsində ölkə üçün yeni bir mərhələyə keçiddir.
Bu mühüm addım ölkəmizin beynəlxalq arenada daha fəal rol oynaması üçün yeni bir platformada təmsil olunmaq imkanı yaradır. Həmçinin, Azərbaycan Beynəlxalq Dəniz Təşkilatının Üzv Dövlətlərinin Audit Sxemi (IMSAS) çərçivəsində növbəti yoxlamadan IALA tələbləri üzrə uğurla keçə biləcək. Bu üzvlük həm də gəmilərin hərəkətinin idarəetmə xidmətinin beynəlxalq standartlara uyğunlaşdırılması və yoxlanılması, eləcə də müvafiq sahə üzrə texniki dəstəyin alınması deməkdir. IALA Konvensiyasına üzvlük çərçivəsində ölkəmiz dəniz naviqasiya avadanlıqlarının layihələndirilməsi, idarə olunması və texniki yenilənməsi üzrə qlobal səviyyədə tanınan standartlara uyğun fəaliyyət göstərəcək.
IALA standartlarının tətbiqi Xəzər dənizində naviqasiya marşrutlarının təhlükəsizliyini artırmağa kömək edəcək. Bu, dənizdə baş verə biləcək hadisələrin qarşısının alınmasına, qəza risklərinin azaldılmasına və ekoloji mühafizə tədbirlərinin gücləndirilməsinə mühüm töhfə verir. Təşkilatın tarixi 1957-ci ildə Beynəlxalq Mayak Xidmətləri Assosiasiyası kimi fəaliyyətə başlaması ilə bağlıdır. 1998-ci ildən Dəniz Naviqasiya Avadanlıqları və Mayak Xidmətləri üzrə Beynəlxalq Assosiasiyaya (IALA) çevrilən qurum, 2024-cü ildən etibarən rəsmi şəkildə Qeyri-Hökumət Təşkilatından Hökumətlərarası Təşkilata çevrilib.
Korrupsiyaya qarşı mübarizə və şəffaflıq mövzularında yazıram. İnvestigativ jurnalistika mənim əsas maraq sahəmdir.
Bütün məqalələrə baxınOxşar xəbərlər

Daha bir jurnalistə vəzifə verildi
Son Xeberler

Prezident qanun imzaladı
Bugun.az
Avropa İttifaqının hava və dəniz nəqliyyatının “ya...
Azəri Xəbər

Dəniz nəqliyyatı ilə yük və sərnişin daşınmalarını...
Bugun.az

Fərid Qayıbov COP10-un sədri seçilib (FOTO)
Azəri Xəbər

Ermənilər Cəbrayılda da qəbirləri dağıdıblar -
Son Xeberler



