
CNN: Driskoll Pentaqon rəhbəri vəzifəsində Heqseti əvəz edə bilər

ABŞ Ordu naziri Den Driskollun nəhayət, ölkənin Müdafiə Naziri postunda Pit Heqseti əvəz edə biləcəyi barədə xəbərlər yayılıb. CNN telekanalının məlumatına görə, bu kadr dəyişikliyi ehtimalı ABŞ administrasiyasında artıq bir neçə aydır qeyri-rəsmi şəkildə müzakirə olunur.
Driskollun Ukraynadakı müharibənin başa çatdırılması istiqamətində ona verilmiş qeyri-adi rol, onun Pentaqon rəhbəri postuna namizədliyi barədə söhbətləri yenidən aktuallaşdırıb. Bu, Driskollla Tramp administrasiyası arasındakı yaxın əlaqələri təsdiqləyir. Prezident Tramp Driskolla xüsusi simpatiya bəsləyir və Ukrayna böhranının həlli ilə bağlı atılan addımlar barədə onun fikirləri ilə mütəmadi maraqlanır.
ABŞ lideri hətta Driskolla müraciət edərkən ona "dronlara cavabdeh" deyə müraciət edir. Bu ləqəb ona ABŞ Silahlı Qüvvələrində pilotsuz uçuş aparatlarının (PUA) inkişafı sahəsinə də rəhbərlik etməsi ilə əlaqədar verilib. Driskoll artıq önəmli diplomatik fəaliyyətlərdə iştirak edib. O, əvvəllər Kiyevə səfər edərək Ukrayna lideri Volodimir Zelenski ilə görüşüb, həmçinin Cenevrədə ABŞ-Ukrayna danışıqlarında iştirak edib. Onun həm hərbi, həm də diplomatik təcrübəsi Pentaqon rəhbərliyi üçün güclü zəmin yaradır.
Korrupsiyaya qarşı mübarizə və şəffaflıq mövzularında yazıram. İnvestigativ jurnalistika mənim əsas maraq sahəmdir.
Bütün məqalələrə baxınEtiketlər
Oxşar xəbərlər

Pentaqon dronları qlobal miqyasda təhlükə hesab ed...
Azəri Xəbər
ABŞ ordusu yaxın illərdə bir milyon PUA almağı pla...
Azəri Xəbər

Zelenski Pentaqon nümayəndələri ilə görüşüb
Azəri Xəbər
Pentaqon: Beynəlxalq sularda 6 narkokuryer öldürül...
Azəri Xəbər

Pentaqon rəhbəri narkotik yüklü daha bir katerin v...
Azəri Xəbər

Pentaqon rəhbəri narkotik yüklü daha bir gəminin v...
Azəri Xəbər



