
Çində təqaüdlə təhsil istəyi artır: UniDestin Təhsil Mərkəzi tələbələrə hazırlıq, qəbul və viza dəstəyini təqdim edir

Xaricdə təhsil almaq istəyən tələbələr arasında Çin universitetlərinə maraq sürətlə artır. Çin dünyanın ən sürətli inkişaf edən təhsil mərkəzlərindən biri kimi tanınır. Ölkə beynəlxalq tələbələr üçün geniş təqaüd imkanları, yüksək reytinqli universitetləri və güclü akademik mühiti ilə seçilir. Bu artan tələbat fonunda UniDestin Təhsil Mərkəzi tələbələrə Çinin tanınmış ali məktəblərinə qəbulda köməklik edir.
Mərkəz bakalavr və magistratura səviyyələri üzrə tam və ya qismən təqaüdlə təhsil almaq şansı yaradır. Çin universitetlərinə qəbul prosesi bəzən mürəkkəb ola bilər, bu səbəbdən UniDestin komandası tələbələrə bütün mərhələlərdə tam dəstək verir. Bu dəstək qəbul, yerləşdirmə və viza prosedurlarını əhatə edir. Çin universitetlərinə qəbul olmaq üçün əsas tələblərdən biri Çin dili bilikləri və HSK sertifikatıdır. Eyni zamanda, bəzi proqramlara qəbul edilərkən ingilis dili bilikləri (IELTS/TOEFL) də tələb oluna bilər.
UniDestin Təhsil Mərkəzi tələbələri bu dil tələblərinə hazırlamaq üçün iki əsas istiqamət üzrə hazırlıq kursları təqdim edir. Bu hazırlıq dərsləri Çin dili və İngilis dili kurslarını əhatə edir. Tələbələr üçün ödənişsiz sınaq imtahanları keçirilir və dərslər xarici, həmçinin yerli müəllimlər tərəfindən tədris olunur. Mərkəz bu prosesə əlavə olaraq, universitet nümayəndələrinin iştirakı ilə ödənişsiz vebinarlar da təşkil edir. Bu proqramlar tələbələrin həm dil bacarıqlarını inkişaf etdirməsinə, həm də Çin universitetlərinə qəbul tələblərini tam şəkildə qarşılamağa kömək edir. Beynəlxalq təhsil imkanları yaratmaq məqsədi güdən UniDestin “birlikdə hazırlaşaq, birlikdə uğur qazanaq” prinsipini əsas tutur.
Təhsil sistemi və təhsil islahatları haqqında yazıram. Müəllim kimi işlədikdən sonra bu sahədə jurnalist oldum.
Bütün məqalələrə baxınEtiketlər
Oxşar xəbərlər
UniDestin Təhsil Mərkəzi ödənişsiz xaricdə təhsil...
Azəri Xəbər

UniDestin Çində təhsil almaq istəyən şəxslərə tam...
Azəri Xəbər

UniDestin Təhsil Mərkəzində Çin dili dərsləri başl...
Azəri Xəbər

UniDestin Təhsil Mərkəzində ABŞ Universitetləri il...
Azəri Xəbər

ÖDƏNİŞSİZ İngilis Dili Səviyyə İmtahanı: 3-7 Noyab...
Azəri Xəbər

Bu universitetdən Türkiyə və Pakistandan olan tələ...
Son Xeberler



