Biznesini dar çərçivələrə sığdırma: 100 000 AZN-dək sərfəli mikrokredit

05.02.2026 08:15 34 baxış sayı 2 dəq. oxuma Trend
Biznesini dar çərçivələrə sığdırma: 100 000 AZN-dək sərfəli mikrokredit

Bakı. Trend:


Hər bir biznesin potensialı əslində göründüyündən daha böyükdür. Lakin bir çox sahibkar öz işini inkişaf etdirmək, yeni layihələrə başlamaq istəyəndə maliyyə məhdudiyyətləri ilə qarşılaşır. Belə məqamlarda biznes sanki dar bir çərçivəyə sıxılıb qalır. Yelo Bank bu problemi həll etmək məqsədi ilə kiçik və orta sahibkarların (KOB) önünü açacaq sərfəli mikro biznes krediti təqdim edir. Bank bildirir ki, əgər işini böyütmək və miqyasını genişləndirmək ehtiyacı varsa, axtarılan dəstək Yelo Bankdadır. Bu təklif biznesini böyütmək istəyən hər kəs üçün nəzərdə tutulub.


Sahibkarlar bizneslərini inkişaf etdirmək üçün 100 000 manatadək vəsaiti əldə edə bilərlər. Bu kreditin ödəniş müddəti 48 ayadək təyin olunur. Əlavə olaraq, müştərilərə 12 ayadək güzəşt müddəti verilir. Maliyyə yükünü yüngülləşdirmək üçün illik faiz dərəcələri cəmi 10%-dən başlayır. Bu aşağı faiz dərəcəsi və uzun ödəmə müddəti sahibkarlara öz planlarını daha rahat şəkildə həyata keçirməyə kömək edir.


Yelo Bank tərəfindən təklif olunan mikro biznes kreditinin ən əsas fərqləndirici xüsusiyyətlərindən biri ödəniş qrafikinin biznesin öz dövriyyəsinə uyğun tənzimlənməsidir. Bu imkan sahibkarlara maliyyə sərbəstliyi verir. Belə bir yanaşma, ödənişlərin biznesin normal pul axınına mane olmamasını təmin edir. Yelo Bankın mikro krediti KOB-lara maliyyə məhdudiyyətlərini aşmaqda və inkişaf etməkdə yardımçı olur.


R
Əmlak bazarı müxbiri

Daşınmaz əmlak bazarı və tikinti sektoru üzrə yazıram. Bakının necə dəyişdiyini izləmək maraqlıdır.

Bütün məqalələrə baxın
Paylaş: