
Birinci vitse-prezident Vatikanda Müqəddəs Pyotr Bazilikasında görülmüş bərpa işləri ilə tanış olub

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva oktyabrın 17-də Vatikana səfəri zamanı Müqəddəs Pyotr Bazilikasında həyata keçirilmiş bərpa işləri ilə tanış olub. Bu layihə Heydər Əliyev Fondunun maliyyə dəstəyi ilə reallaşıb.
Bazilikanın baş keşişi, kardinal Mauro Qambetti Birinci vitse-prezidentə kilsənin tarixi əhəmiyyəti və görülən bərpa işləri barədə məlumat verib. Qeyd edək ki, Müqəddəs Pyotr Bazilikası dünyanın ən böyük kilsəsi hesab edilir, həmçinin katolik aləminin mühüm dini mərkəzi sayılır. Bu kilsə Vatikandakı dörd Papa bazilikasından biridir və memarlıq baxımından bəşəriyyətin ən möhtəşəm tikililərindən hesab olunur. Kilsənin təməli IV əsrdə qoyulsa da, mövcud bina XVI-XVII əsrləri əks etdirir. Kilsənin rəhbəri Papa hesab olunur, lakin onun idarəçiliyi Müqəddəs Taxt-Tacın rəhbəri tərəfindən təyin edilən kardinala həvalə edilir. Həmin kardinal eyni zamanda Vatikan şəhər-dövlətinin baş keşişi statusunu daşıyır. İtaliyanəsilli kardinal Mauro Qambetti 2021-ci il fevralın 20-dən Müqəddəs Pyotr Bazilikasının rəhbəri vəzifəsini tutur.
Bərpa işlərinin əsasını təşkil edən müqavilə 2019-cu il fevralın 28-də Heydər Əliyev Fondu ilə Müqəddəs Pyotr Bazilikası arasında imzalanmışdı. Bu müqavilə kilsədə yerləşən "Roma Papası I Leo ilə Hun imperatoru Atillanın görüşü" barelyefinin və bazilikanın nekropolundakı "Tullius Zetus" məqbərəsinin bərpasına aid idi. Layihə üzrə işlər artıq tamamilə başa çatdırılıb. Kardinal Mauro Qambetti bərpa işlərinin yüksək səviyyədə və qısa zamanda tamamlanmasına görə Birinci vitse-prezident Mehriban Əliyevaya dərin təşəkkürünü bildirib.
Korrupsiyaya qarşı mübarizə və şəffaflıq mövzularında yazıram. İnvestigativ jurnalistika mənim əsas maraq sahəmdir.
Bütün məqalələrə baxınOxşar xəbərlər

Birinci vitse-prezident Mehriban Əliyeva Azərbayca...
Azəri Xəbər

Prezident və birinci xanım Ağdam şəhərində - VİDEO...
Bugun.az

Spiker Papanın dəfnində iştirak etdi -FOTOLAR
Bugun.az

Heydər Əliyev Fondu Vatikandakı barelyefi bərpa et...
Son Xeberler

Prezident Yevlax Olimpiya İdman Kompleksindəki işl...
Bugun.az

İsa Həbibbəyli vəzifəsindən azad olundu
Son Xeberler