
Biləsuvarda flaminqoların vaxtından əvvəl miqrasiyası qeydə alınıb- FOTO

Qlobal iqlim dəyişikliklərinin təsiri artıq quşların köç marşrutlarında da özünü göstərir. Havaların mövsümə uyğun keçməməsi çöl quşlarının miqrasiyasına ciddi təsir edib. Bunun nümunələrindən biri Biləsuvardakı Mahmudçala ovçuluq təsərrüfatında müşahidə edilir. Ötən il ərazidə görünməyən flaminqolar bu il böyük sürülər şəklində bura köç ediblər. Əvvəlki illərdə çox rast gəlinən ördək, qaşqaldaq və digər çöl quşlarının sayı isə nəzərəçarpacaq dərəcədə azalıb.
Mütəxəssislər bildirir ki, qış fəslinə baxmayaraq, havaların mülayim keçməsi bəzi quş növlərinin miqrasiyasını gecikdirir. Mövcud hava şəraiti flaminqolar üçün ideal qışlama mühiti yaradıb. Ekoloq Nazim Məmmədov qeyd edib ki, flaminqoların bu il daha tez köç etməsini yalnız havaların mülayim keçməsi ilə əlaqələndirmək tam doğru deyil. O izah edir ki, köç prosesi daha çox quşların populyasiya halında yaşaması və davranışlarını birlikdə tənzimləməsi ilə bağlıdır. Flaminqolar fərd olaraq yox, məhz populyasiya halında yaşayırlar və qərarları da birlikdə verirlər. Adətən bir dəstə hərəkətə keçəndə digər dəstələr də instinktiv olaraq onlara qoşulur.
Ekoloq vurğulayıb ki, son illər iqlim dəyişiklikləri, su hövzələrinin vəziyyəti və qida ehtiyatları kimi amillər də onların köç vaxtına və istiqamətinə güclü təsir göstərir. Müşahidələrə görə, bu il də həmin amillərin təsiri özünü göstərir. Flaminqoların ilk dəfə bu qədər böyük dəstələr halında Mahmudçalaya köç etməsi həm yerli sakinlərin, həm də xarici qonaqların marağına səbəb olub. Onları yaxından izləmək üçün əraziyə gələnlərin sayı çoxdur. Qeyd edək ki, Mahmudçala ovçuluq təsərrüfatı çöl quşlarının əsas yaşayış və toplanma ərazilərindən biridir. Təsərrüfat ümumilikdə 7136 hektar sahəni əhatə edir və burada ov etmək qadağandır.
Ailə, uşaq tərbiyəsi və valideynlik mövzularında yazıram. Özüm də 2 uşaq anasıyam, bu təcrübə işimdə çox kömək edir.
Bütün məqalələrə baxınOxşar xəbərlər

Biləsuvarda “Mercedes” traktorla toqquşdu, yaralıl...
Son Xeberler

17 Noyabr Ümumdünya Vaxtından Əvvəl Doğuş Günü: Sə...
Son Xeberler

Biləsuvarda ağır qəza -Xəsarət alan var
Bugun.az

Baş leytenant Mahmudov Rəşad Rəşid oğlu ilə vida m...
Son Xeberler

İslandiya çempionatı vaxtından əvvəl başa çatdırıl...
Son Xeberler

Biləsuvarda narkokuryer yaxalandı -FOTO
Bugun.az



